Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1847

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun baş direktoru Odre Azuleylə görüşüb

UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak məqsədilə Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev səfər çərçivəsində UNESKO-nun baş direktoru Odre Azuleylə görüşmüşdür.

Görüşdə Azərbaycan-UNESKO əlaqələri, “Bakı Prosesi” çərçivəsində təşkil edilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri,  Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyası və nəticələri, 2020-ci il VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökümətlərarası Komitəsindəki fəaliyyəti, həmçinin İraqın Mosul  şəhərinin tarixi və mədəni irsinin bərpasına dəstək layihəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

Xanım Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Əbülfəs Qarayevə təşəkkürünü bildirmişdir. Baş direktor Azərbaycana ilk səfəri zamanı Azərbaycanın Birinci Vitse-Prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd etmişdir.

Əbülfəs Qarayev, öz növbəsində cari ilin 19 noyabr tarixində UNESKO baş qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək forumun formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırmışdır.

Nazir Bakı şəhərinin UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinə görə təşəkkürünü bildirmiş və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləmişdir.

Əbülfəs Qarayev, həmçinin cari ilin 27 noyabr tarixində UNESKO baş qərargahında təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ümumdünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirmişdir.

Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESKO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılmışdır.

XƏBƏRLƏR

28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib