03.12.2019 05:14
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə 6 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcəkdir.
Konsertdə gənc skripka ifaçısı, Prezident təqaüdçüsü Cəmilə Qarayusifli çıxış edəcəkdir.