Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1018

Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur

BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 12-13 dekabr tarixlərində Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda  4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir. Konfransın məqsədi turizm və mədəniyyət sektorları arasında birgə əməkdaşlığın inkişaf etdirilməsi və ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının araşdırılmasıdır. Konfransda Mədəniyyət Nazirliyini Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Konfransın açılış mərasimində UNESKO-nun baş direktorunun müavini Xinq Qu, BMÜTT-nin icraçı direktoru Manuel Butler, Yaponiya şahzadəsi Akiko Mikasa və Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm üzrə nazir müavini Hirofumi Kado çıxış etmişdir.

Çıxışlar zamanı müasir dövrdə mədəniyyətin və mədəni irsin rolu, həmçinin turizm məqsədilə səyahət edən insanların mədəniyyət məkanlarını ziyarət etməsi və mədəniyyət məhsullarından istifadə etməsi ilə bağlı birgə proqramların həyata keçirilməsi mövzularında fikirlər səsləndirilmişdir.

Konfrans çərçivəsində keçirilən sessiyalarda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə bağlı məsələlər, eləcə də yaradıcı sənayelərin rolu və inkişaf etdirilməsi, səhayət edən insanlar üçün ölkələrin yaradıcı sənaye və mədəni irs məhsullarının zənginləşdirilməsi mövzuları müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, müasir dövrdə mədəni turizm bu prosesdə əsas rol oynayır.

Səfər çərçivəsində Vasif Eyvazzadə UNESKO-nun baş direktorunun müavini Xinq Qu, təşkilatın sabiq baş direktoru Koiçiro Matsuura və bir sıra ölkələrin nümayəndələri ilə Azərbaycanda mədəniyyət və mədəni irs, həmçinin yaradıcı sənayelər sahələrində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparmışdır.

UNESKO-nun baş direktorunun müavini Xinq Qu ilə həmçinin “Bakı Prosesi”, Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu müzakirə edilmişdir. Xinq Qu qeyd etmişdir ki, o, 2018-ci ildə Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və Bakıdan xoş təəssüratlarla ayrılmışdır.

XƏBƏRLƏR

13.07.2020 13:52
Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub
13.07.2020 11:42
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub