Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1965

“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsinə yekun vuruldu

Fevralın 29-da “Azərbaycanın mədəni marşrutları potensialı” mövzusunda Respublika müşavirəsinin bağlanış mərasimi keçirildi.

Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək müşavirə iştirakçılarına təşəkkürünü bildirdi. Mədəni marşrutların əhəmiyyətindən danışan şöbə müdiri bu layihələrin ölkələr və bölgələr arasında qarşılıqlı mədəni əlaqələrin inkişafına töhfələr verdiyini diqqətə çatdırdı: “Mədəni marşrutlar anlayışı bir çox ölkələrdə əhatə dairəsini genişləndirərək interaktiv, dinamik və daim inkişaf edən mədəniyyətlərarası münasibətlərin əsası olaraq da qəbul edilir. Bu baxımdan mədəni marşrutlar fərqli mədəniyyətləri, inancları və həyat tərzlərini, fərdi və kollektiv bacarıqları, ənənələri əks etdirir. Mədəni marşrutların yeni bir konsepsiyaya çevrilməsi mədəniyyətin digər sahələri ilə - tarix-mədəniyyət abidələri, şəhərlər, xalq yaradıcılığı, mədəniyyət mənzərələri və digər sahələrin təbliği və inkişafında müstəsna rol oynayır. Eyni zamanda mədəni marşrutlar mədəniyyətin müxtəlif sahələrinin əhəmiyyətini artıran ortaq bir sistemdir”.

Şöbə müdiri Azərbaycanın 2011-2019-cu illərdə Avropa Şurasının 5 mədəniyyət marşrutuna qoşulduğunu dedi. Qeyd etdi ki, ölkəmiz bu illər ərzində mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə təşkilatın fəaliyyətinə öz töhfəsini verir. Bunu “Azərbaycanın mədəni marşrutlar potensialı” müşavirəsində ölkəmizin təmsil olunduğu hər bir mədəni marşrutun nümayəndələri də öz çıxışlarında qeyd etdilər: “Müşavirə ölkəmizin mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, eyni zamanda yeni yerli mədəni marşrutların yaradılmasının əhəmiyyətini, o cümlədən beynəlxalq mədəni marşrutlarda təmsilini genişləndirməklə yeni təcrübələrə yiyələnməli və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl respublikalardan birinə çevrilmə potensialının mövcudluğunu üzə çıxardı. Tədbirdə səsləndirilən fikirlər, aparılan müzakirələr onu göstərdi ki, yaxın gələcəkdə ölkəmiz bu sahədə yeni və əhəmiyyətli layihələrə imza atacaq. Unutmamalıyıq ki, mədəni marşrutlar yalnız mədəniyyət sahəsini deyil, eyni zamanda bir çox sənaye sahələrini əhatə etməklə öz müsbət töhfəsini verir”.

Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni çıxış edərək tədbirin yüksək şəkildə təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, vətəninə qayıtdıqdan sonra bu tədbirlə bağlı zəngin təəssüratlarını bölüşəcək: “Azərbaycanın qədim tarixi və ənənələri var. Bu tarix və ənənəni təqdim etmək üçün həm də bacarıqlı və istedadlı insanlar var. Siz bütün bu müxtəlifliyi birləşdirərək təqdim edə bilirsiniz. İki gün ərzində biz Azərbaycanın qədim  muğam sənəti, xalq yaradıcılığı nümunələri haqqında məlumat əldə etdik. Xalça Muzeyini ziyarət etdim, tədbirin keçirildiyi Muğam Mərkəz ilə tanış oldum”. Stefano Dominioni Azərbaycan tərəfindən irəli sürülən hər bir yeni ideya və təşəbbüsə dəstək olacağını da vurğuladı: “Bu təşəbbüslərin bazası və inkişafı üçün böyük potensialınız mövcuddur. O cümlədən də yerli marşrutların qurulması ilə bağlı əlavə resursların tətbiqi də mühüm əhəmiyyətə malikdir”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən və iki gün davam edən tədbirdə mədəni marşrutlarla bağlı müzakirələr aparıldı. Müşavirədə həmçinin Azərbaycanın bu sahədə imkanlarından söz açıldı, yeni mədəni marşrutlarla bağlı təkliflər səsləndirildi.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib