Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3114

Xüsusi karantin rejimi dövründə teatrların fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib

Məlum olduğu kimi, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi ilə əlaqədar Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir. Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları və idarələrində, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət videokonfrans rejimində tənzimlənir.

Mövcud vəziyyətlə əlaqədar aparıcı mədəniyyət müəssisələri də müasir texniki vasitələrdən yararlanaraq fəaliyyətlərini virtual formada davam etdirir, sosial şəbəkələr üzərindən insanlara xidmət göstərirlər.

Aprelin 15-də Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə teatrların fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

Konfransda Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin məsul əməkdaşları, ölkəmizin aparıcı teatrlarının rəhbərləri iştirak ediblər.

Videokonfransda çıxış edən nazir Əbülfəs Qarayev bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, hazırkı dövrdə teatrların fəaliyyəti, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların təşkili, kitabxanaların onlayn xidmətləri, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Mədəniyyət sahəsinin idarə olunmasında yeni yanaşmaların tətbiqinin sürətləndirilməsinin vacibliyini vurğulayan nazir deyib: “Hazırkı vəziyyət bizdən yeni çağırışlar, beynəlxalq təcrübənin öyrənilməsi, müasir yanaşmalarla işləməyi tələb edir. Biz son illərdə ölkəmizin mədəniyyət sahəsində elektron xidmətlərin tətbiqi istiqamətində müəyyən addımlar atmışıq, bir çox layihələr icra olunub. Artıq bu sahədə görülən işlərin daha da inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, bu xidmətlərdən istifadənin genişləndirilməsi zərurətə çevrilib. Xüsusi karantin rejimi ilə əlaqədar yaranmış fasilədən teatrların əməkdaşları səmərəli istifadə etməli, yaradıcılıq axtarışları aparılmalı, yeni ideyalar, yeni yanaşmalar üzərində düşünülməli, teatrların fəaliyyətinin daha da inkişafı təmin olunmalıdır. Teatrların virtual məkanlarda fəaliyyəti, tamaşaların bu platformalar üzərindən yayılması günün tələbidir. Bu gün repertuarın zənginləşdirilməsi də vacibdir. Bundan əlavə dram əsərləri, monotamaşalarla bağlı müsabiqəsinin təşkili, xalq teatrlarının gələcək inkişafı istiqamətində də fəaliyyət təmin olunmalıdır”.

Nazir qeyd edib ki, sosial şəbəkələr üzərindən fəaliyyət daha da genişləndirilməsi, aktivlik artırılmalı, izləyicilərə mədəniyyət sahəsində baş verən yenililər, mədəni xidmətlər, kino və teatrlarımız haqqında məlumatlar davamlı olaraq çatdırılmalıdır.

Əbülfəs Qarayev yaranmış vəziyyətdə Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərə diqqət çəkərək bu istiqamətdə göstərilən elektron mədəni xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

***

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dövlət tərəfindən son illər teatrların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi sahəsində böyük işlər görüldüyünü bildirib. Vurğulayıb ki, mövcud vəziyyətlə əlaqədar teatrların virtual məkanda fəaliyyətinin təmin olunması diqqətdə saxlanılmalı, bu sahədə həyata keçirilən tədbirlər davam etdirilməli, bütövlükdə mədəniyyət sistemində elektron xidmətlərin səviyyəsi daha da artırılmalıdır.

Videokonfransda həmçinin nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov, Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru Azər Paşa Nemətov, Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov, Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov və başqaları çıxış edərək mövcud vəziyyətdə teatrların fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə bütün teatr müəssisələri tamaşaçılar üçün bağlanıb, teatrların binalarında mütəmadi dezinfeksiya işləri həyata keçirilir. Teatr binalarında fəaliyyət göstərməsinə icazəsi olan əməkdaşlar lazımi qoruyucu vasitələrlə təmin olunublar.

Qeyd edilib ki, teatrlar hazırkı məqamda öz fəaliyyətini sosial şəbəkələr üzərindən davam etdirirlər. Müxtəlif tamaşaların videoçəkilişləri, tamaşalar haqqında məlumatlar izləyicilərin diqqətinə çatdırılır.

***

Əbülfəs Qarayev sonda çıxış edərək ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha vurğulayıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyəti sayəsinə vəziyyətin nəzarət altında olduğunu bildirib. Nazir vətəndaşlarımızın tətbiq edilən xüsusi qayda və tövsiyələrə əməl etməsinin vacibliyini də diqqətə çatdırıb.

Əbülfəs Qarayev sosial təcrid dövründə mədəniyyət sahəsinin insanların mənəvi tələbatının qarşılanmasında üzərinə mühüm məsuliyyətin düşdüyünü bildirərək göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib