Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1752

İtaliyanın məşhur “La Stampa” qəzetində Azərbaycan Milli Xalça Muzeyindən bəhs edilib

Azərbaycanın İtaliyadakı Səfirliyi sosial şəbəkələrdəki profillərində “Milli muzeylərimizə virtual səyahət” rubrikasını təqdim edir. Bununla da İtaliya ictimaiyyəti Azərbaycandakı muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı qazanır.

Qeyd edək ki, bu rubrika İtaliyanın məşhur “La Stampa” qəzetinin xüsusi marağına səbəb olub və 20 aprel tarixində qəzetin “Səyahətlər və mətbəx” (Viaggi e Cucina) bölməsində jurnalist Noemi Pennanın müəllifi olduğu “Bir xalça muzeyi hansı formada ola bilər? Bakının müvafiq cavabı belədir” başlıqlı məqalə dərc edilib.

“Bükülmüş xalça. Budur, yalnız Azərbaycan Milli Xalça Muzeyinə məxsus  ola biləcək orijinal forma. Biz Bakıda, Azərbaycandayıq və müzakirə mövzusu bütünlüklə xalçaçılıq mədəniyyətinə və sənətinə həsr olunmuş unikal bir muzeydir”, deyən müəllif muzeyin füsunkarlığı ilə yanaşı tarixi haqqında da məlumat verib. Muzeyin 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında Dənizkənarı Milli Parkda tikilmiş yeni, perspektivli, bükülmüş böyük xalçaya bənzəyən binaya köçürüldüyünü bildirib.

Məqalədə binanın interyerindən də söhbət açılıb, muzeyə girərkən ziyarətçilərin özlərini sanki asılmış bir tunelin içərisində hiss etdiyi diqqətə çatdırılıb. Burada bəziləri XVII əsrə aid olan Azərbaycanın dünyada ən böyük xalça kolleksiyaları, habelə arxeoloji tapıntılar və keramika, yağ lampaları, tikiş və zərgərlik əşyaları kimi məşhur sənətkarlıq nümunələrinin mükəmməl görünüşü ilə tanış olmağın mümkünlüyü vurğulanıb. Məqalədə həmçinin qeyd edilib ki, muzeydə müxtəlif dövrlərə aid üzərində əjdahalar, ümid ağacları, xaç və islam rəmzləri əks olunan əl ilə toxunmuş sadə və daha mürəkkəb formalarda xalçalar, xalçaların toxunması üçün dəzgahlar, yunlar, iplər, xurcunlar və digər müvafiq eksponatlar nümayiş olunur.

Müəllif bildirib ki, koronavirus səbəbindən yaranmış epidemioloji vəziyyətlə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi ziyarətçilərə bağlı olsa da, muzeyin kolleksiyası və möhtəşəm xəzinəsi təmənnasız şəkildə onlayn formada nümayiş etdirilir. “Virtual tur üç mərtəbə arasında sərbəst hərəkət etmək, sənət əsərlərindən zövq almaq və bizim diqqətimizi daha çox cəlb edən hekayələr üzərində dayanmaq imkanı verir”, deyə məqalədə qeyd olunub.

Azərbaycan Milli Xalça Muzeyinin interyeri ilə bağlı bir sıra fotoların da yer aldığı məqalə ilə müvafiq keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.lastampa.it/viaggi/mondo/2020/04/20/news/quale-forma-potrebbe-mai-avere-un-museo-del-tappeto-ecco-la-suggestiva-risposta-di-baku-1.38738303

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib