Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
621

“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib

2020-ci ilin mayında realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olub. Azərbaycan ədəbiyyatı və milli teatr tariximizdə özünəməxsus yeri və çəkisi olan Əbdürrəhim bəy Haqverdiyev görkəmli yazıçı-dramaturq olmaqla yanaşı, həm də bir rejissor, dirijor, mühərrir, tərcüməçi və ədəbiyyatşünas kimi də tanınır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 yanvar 2020-ci il tarixində ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar olaraq görkəmli ədibin 150 illik yubileyi münasibətilə “Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza hazırlayaraq istifadəçilərinə təqdim edib. Elektron baza kitabxananın rəsmi www.ryl.az saytında yerləşdirilib. Təqdim olunan elektron bazada Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında əhatəli məlumatlar verilir. Hazırlanan bazada ədibin həyat və yaradıcılığına, təhsil illərinə, ilk qələm təcrübələrinə, gizli imzalarına geniş yer verilib. İstifadəçilərə təqdim olunan elektor bazada görkəmli dramaturqun əsərləri, səsli kitabları, tərcümələri, onun haqqında yazılan dissertasiyalar, haqqında söylənilən dəyərli fikirlər yer alıb. Bundan əlavə elektron bazada dramaturq haqqında yazılan əsərlər, dövrü mətbuat nümunələrinin siyahıları da verilib. Görkəmli yazıçı-dramaturq Ə.Haqverdiyev haqqında hazırlanan bu bazada istifadəçilər hətta, dramaturqun səhnələşdirilmiş əsərlərinin afişaları, ədibin fotoqalereyası və onun haqqında çəkilən videomateriallar ilə də tanış ola bilərlər.

Sözügedən elektron baza ilə http://ryl.az/haqverdiyev_el_melumat_bazasi/index.html linki vasitəsilə tanış ola bilərsiniz.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb