Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
311

“Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın milli ekspertlərinin onlayn görüşü keçirilmişdir

Məlum olduğu kimi, Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi tərəfindən hazırlanan milli məruzələr müvafiq veb-portalda (https://www.culturalpolicies.net/) yerləşdirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Layihənin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin Milli Müəlliflərinin İllik Assambleyası 4-5 dekabr 2008-ci ildə Bakı şəhərində təşkil olunmuşdur. Beynəlxalq layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınmış, nazirlik tərəfindən həyata keçirilmiş “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” kimi innovativ proqram və layihələrin hazırlanmasında geniş istifadə olunmuşdur.

Məsələ ilə əlaqədar, cari ilin 24 sentyabr tarixində “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın Milli Ekspertlərinin onlayn görüşü təşkil olunmuşdur. Görüşdə Assosiasiyanın 2021-2023-cü illlər üçün İş Planı müzakirə edilmiş, Assosiasiyanın İdarə Heyətinin yeni üzvləri təqdim olunmuş və seçilmiş, Avropa və milli mədəniyyət siyasətləri müzakirə edilmişdir. Milli ekspert olaraq tədbirdə iştirak edən nazirliyin sektor müdiri Yaşar Hüseynli müzakirələr zamanı hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aparılan islahatlardan danışaraq, daxili və xarici mədəniyyət siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin müasir dövrün tələblərinə uyğun olaraq müəyyən olunmasını qeyd etmişdir.

Kompendium layihəsinin beynəlxalq nüfuzunu və çoxsaylı izləyicilərinin mövcudluğunu, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmaq imkanlarını nəzərə alaraq, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun tapşırığına əsasən, Kompendium Assosiasiyası ilə daha sıx əlaqələrin qurulması imkanları araşdırılır.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb