Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
301

Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir

Məlum olduğu kimi, şanlı Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə növbəti hərbi təxribatına sarsıdıcı əks-hücumla qarşılıq verərək əzəli yurd yerimizi – Qarabağımızı düşməndən azad edir. Müzəffər Ordumuz artıq Cəbrayıl şəhəri də daxil olmaqla onlarla yaşayış məntəqəsini və strateji yüksəklikləri işğaldan azad edərək üçrəngli bayrağımızı tarixi torpaqlarımızda dalğalandırır.

Mədəniyyət Nazirliyi tərəfindən qəhrəman Ordumuzun Vətən müharibəsindəki zəfərinə dəstək və hər qarışı tarix danışan Qarabağın zəngin mədəni mirasının təbliği məqsədilə müxtəlif layihələr həyata keçilir. Nazirliyin bu istiqamətdə yeni layihələrindən biri də “Qarabağnamə”dir. “Yalnız ərazi bütövlüyü yox, kimlik bütövlüyü” şüarı ilə hazırlanan layihə Azərbaycan insanının gözü ilə Qarabağa yeni pəncərə açır.

Qeyd edək ki, XIX əsrdə maarifpərvər tarixçilərimiz tərəfindən Azərbaycanın Qarabağ xanlığının (1747-1822) siyasi, iqtisadi və mədəni həyatını öyrənən 10 “Qarabağnamə” yazılıb. Bu məxəzlərdə yer alan bölgənin tarixi-mədəni və ictimai-siyasi mühiti ilə bağlı faktlar Qarabağı Azərbaycandan qoparmağa çalışan bədnam qonşularımıza tutarlı cavabdır.

Mədəniyyət Nazirliyinin yeni layihəsini də yeni kiçik “Qarabağnamə”lər kimi xarakterizə etmək olar. Burada Azərbaycanın Qarabağ bölgəsinin yaşayış məntəqələrindən müxtəlif yaşlarda və fərqli peşə sahibləri olan insanlar özlərinin və valideynlərinin xatirələrindəki Qarabağı qısa videoçarxlar vasitəsilə izləyicilərə təqdim edirlər.

Videoçarxlara eyni zamanda BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri haqqında Azərbaycan və ingilis dillərində məlumat da əlavə edilib.

XƏBƏRLƏR

20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb