Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1886

“Çıraqqala”da aparılan bərpa-konservasiya işləri davam edir

İyunun 11-də Şabran rayonunda yerləşən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işləri ilə tanışlıq məqsədilə əraziyə mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və media nümayəndələrinin iştirakı ilə baxış keçirilib.

Bərpa-konservasiya işlərini həyata keçirən mütəxəssislər görülən işlər haqqında ətraflı məlumat verib.

Baxış zamanı jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən aparılır. Bərpa-konservasiya işlərinə 2019-cu ildə başlanılıb: “Bugünədək tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib, bürclərarası qala divarları, eyni zamanda ovdan qismən bərpa edilib. Həmçinin ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib”.

Nazir qeyd edib ki, “Çıraqqala” müdafiə kompleksinin divarları böyük həcmli daş hörgüdən ibarət olub: "Qalanın baş bürcü qaya üzərində yerləşməyinə baxmayaraq, qaya ilə hörgünün birləşdiyi yerdə hörgüdə böyük aşınma və dağıntılar baş verib. Digər bürc və divarlarda da vəziyyət ürək açan olmayıb, qalanın salamat qalan yerlərinin üzlük hörgü hissələrində dağıntılar əmələ gəlmişdi. Hazırda abidədə həyata keçirilən bərpa işləri mühüm əhəmiyyət kəsb edir".

Anar Kərimov qeyd edib ki, istəyimiz ondan ibarətdir ki, ulu əcdalarımızdan bizə qalan bu tarixi mirasın bərpasını təmin edək və gələcək nəsillərə ötürək: “Həmçinin istəyirik ki, belə bir müstəsna əhəmiyyət kəsb edən abidəni beynəlxalq səviyyədə də təbliğ edək. Bununla bağlı planlarımız var. Gələcəkdə bu abidənin və digər istehkam qurğularının UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi istiqamətində də işlər aparmağı düşünürük. Buna görə də 2019-cu ildən başlanan qalanın bərpa-konservasiya işlərinin bu ilin sonunadək bitməsi nəzərdə tutulur. Burada bürclərin bərpası və ümumilikdə möhkəmləndirmə işləri aparılır. Eyni zamanda, buranın turizm potensialının da gücləndirilməsini planlaşdırırıq.

Bununla bağlı bəzi layihə və konsepsiyalarımız var. Bu həm tarixi dəyər baxımından, həm də əraziyə turist səfərlərinin artması baxımından çox önəmli olacaq. Onu da qeyd edim ki, bərpa işləri çətin relyef və hava şəraitində aparılır. Bərpa işlərində Azərbaycanın yerli ekspertləri iştirak edir. Eyni zamanda, buraya xarici ekspertləri də dəvət etmişik. Onlar gəlib və gördüyümüz işləri yüksək qiymətləndiriblər”.

Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib. Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir.

XƏBƏRLƏR

24.01.2022 15:35
“Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi
21.01.2022 10:54
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı
19.01.2022 13:32
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir
18.01.2022 17:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
18.01.2022 14:46
Filarmoniyada Xalq artisti Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib
18.01.2022 14:38
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib
17.01.2022 16:54
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub
17.01.2022 11:28
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi
17.01.2022 11:21
“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu
14.01.2022 17:44
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüş keçirib
14.01.2022 15:33
Layihə yönlü fəaliyyət idarəçiliyin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir
13.01.2022 18:42
“Mədəniyyət/Culture” jurnalı oxucularla görüşə gəlib
13.01.2022 14:14
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi
11.01.2022 14:13
“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb
10.01.2022 16:07
Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm işlər görülüb
01.01.2022 10:18
İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu
30.12.2021 13:26
Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”
29.12.2021 14:39
“Böyük Qayıdış”: Mədəniyyət
29.12.2021 11:11
Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflərinə dair nəticələri ictimaiyyətə açıqladı
28.12.2021 17:50
“Qarabağ ilmələrdə” sənədli filmi təqdim olundu
28.12.2021 16:59
“Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanları təqdim olunub
28.12.2021 15:50
Dubai Expo-2020 layihəsi çərçivəsində "Azərbaycan ritmləri və rəqsləri" adlı proqram təqdim olundu
28.12.2021 12:13
"Nizami Gəncəvi. Xəmsə" kitabının təqdimatı keçirildi
27.12.2021 12:15
Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi qeyd olundu
27.12.2021 12:09
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib
27.12.2021 11:29
Prezident təqaüdçüləri və istedadlı gənclərin dövlət başçısının yubileyinə musiqi töhfəsi
24.12.2021 16:28
“İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirildi