Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1172

Müstəqil Dövlət Birliyinin yaradılmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib

11 noyabr 2021-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 illik yubileyi münasibətilə təşkilatın hibrid formatda tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan Rusiyan Federasiyasının dövlət katibi-mədəniyyət nazirinin müavini Alla Manilova 30 illik fəaliyyət dövründə MDB-nin böyük inkişaf yolu keçdiyini, üzv dövlətlərin bir çox sahələrdə unikal təcrübə mübadiləsi apardığını, eləcə də Birlik ölkələrinin həyata keçirdiyi çoxsaylı birgə mədəni tədbirlər nəticəsində önəmili uğurlar əldə etdiyini bildirdi.

Rəsmi açılış nitqlərindən sonra, A.Manilovanın moderatorluğu ilə “Təcrübə və innovasiyalar” adlı ilk paneli öz işinə başladı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından ilk paneldə çıxış edən nazir müavini Sevda Məmmədəliyeva 30 illik inkişaf yolunda MDB-nin keçdiyi yolu nəzər yetirdi  və Azərbaycanın təşkilatla  humanitar sahədə əməkdaşlığının, reallaşdırılan tədbir və layihələrdə əldə edilən uğurların əhəmiyyətini qeyd etdi.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını vurğulayan nazir müavini, hazırda işğaldan azad olunmuş ərazilərdə mədəni irsin dirçəldilməsi və Qarabağın mədəni ruhunun bərpası istiqamətində Azərbaycan dövləti tərəfindən aparılan sürətli bərpa və yenidənqurma işləri haqqında məlumat verərək tezliklə bölgənin yenidən mədəniyyət mərkəzinə çevriləcəyinə əminliyini ifadə etdi.

Bununla yanaşı, Azərbaycan Respublikasının beynəlxalq miqyasda bir sıra vacib təşəbbüslərlə çıxış etdiyini bildirən S.Məmmədəliyeva, mədəniyyətlərarası dialoq və ölkəmiz tərəfindən irəli sürülmüş “Peace4Culture (Mədəniyyət naminə sülh)“ qlobal təşəbbüsü haqqında məlumat verərək dövlətimizin dayanıqlı inkişafa və inklüziv gələcəyə fokuslandığını qeyd etdi.

XXI əsrdə qlobal müstəvidə cərəyan edən proseslər və planetimizin gələcəyinə dair müasir dünyanın baxışlarını təhlil edən S.Məmmədəliyeva, bəşəriyyətin xoşbəxt gələcəyi üçün Mədəniyyət sahəsinin artan əhəmiyyətini diqqətə çatdırdı. Sonda MDB-nin 30 illik yubileyi münasibətilə bir daha bütün iştirakçıları təbrik edən nazir müavini bütün regiona sülh, əmin-amanlıq və mədəniyyətin çiçəklənməsini arzuladı.

Məzmunlu və maraqlı çıxış üçün Azərbaycanın mədəniyyət nazirinin müavini S.Məmmədəliyevaya öz təşəkkürünü bildirən Rusiya mədəniyyət nazirinin müavini A.Manilova 2021-ci ildə COVID-19 pandemiyası səbəbindən keçirilməsi təxirə salınan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun  2022-ci ildə təşkili ediləcəyini və  Azərbaycanın “Qonaq ölkə” fəxri statusunda foruma qatılacağını bir daha elan etdi.  Daha sonra tədbir digər üzv ölkələrdən olan rəsmilərin çıxışları ilə davam etdi.

Qeyd edək ki, 1991-ci ildə yaranmış və 9 üzv-ölkəsi olan Müstəqil Dövlətlər Birliyinə Azərbaycan Respublikası 1993-cü ildən etibarən üzv olmuşdur.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib