Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
493

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi

Yanvarın 12-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına həsr olunan toplantısı keçirildi.

İctimai Şuranın sədri Gəray Əlibəyov iştirakçıları salamlayaraq görüşün həmçinin hesabat xarakteri daşıdığını diqqətə çatdırdı və şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verdi.

Bildirildi ki, 2022-ci ildən İctimai Şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərəcək. Aktyor və rejissor, Xalq artisti Vidadi Həsənovun rəhbərlik edəcəyi işçi qrupu ölkəmizdəki özəl teatrların fəaliyyəti və inkişafına dəstək məqsədilə yaradılıb. Mart ayında işçi qrupu özəl teatrların festivalını təşkil edəcək. Digər işçi qrupa aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir. Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. Bu dərslər orta məktəbdə müxtəlif sənət sahələri üzrə qabiliyyət imtahanına hazırlaşan şagirdlər üçün nəzərdə tutulub. Layihənin məqsədi regionlarda olan istedadlı uşaqları aşkar etməkdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik edəcəyi üçüncü işçi qrupunun fəaliyyəti mədəni irsimizlə bağlıdır. Beynəlxalq əlaqələr üzrə nəzərdə tutulan 4-cü qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərəcək. Bu qrup mədəniyyətin müxtəlif sahələrində beynəlxalq əməkdaşlığı əhatə edəcək.

Sədrin çıxışından sonra işçi qrupların rəhbərləri iş planlarını təqdim etdilər. Azad Şükürov diqqətə çatdırdı ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər qabiliyyət tələb edən bədii təhsil ocaqları ilə danışıqlar aparılıb. Qrupun məqsədi regionlardakı istedadlı gəncləri üzə çıxararaq, onların mədəniyyət və incəsənət sahəsində təhsillərinə yardımçı olmaqdır: “Çox zaman belə gənclər hara müraciət edəcəklərini bilmirlər. Bu səbəbdən də bölgələrdə görüşlər keçirilərək istedadlı gənclərə universitetlərə daxil olmaq üçün bütün məqamları izah etməyi düşünürük. Həmçinin yaxşı olardı ki, bölgələrdə yaşayan mədəniyyət xadimləri ilə də görüşlər keçirilsin. Bu, onların öz təcrübələrini bölüşməyə və bölgələrdə teatrların canlanmasına səbəb olardı. Biz istedadlı, qabiliyyətli gənclərə dəstək olmalıyıq ki, bütövlükdə mədəniyyətimiz inkişaf etsin”.

Daha sonra Cahangir Səlimxanov mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıqda üzərində durulması məqamlardan söz açdı və fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşdü. Günel Seyidəhmədli mədəni irsimizin qorunması istiqamətində araşdırmaların aparılmasının vacibliyini vurğuladı. Xalq artisti Vidadi Həsənov nəzərdə tutulan özəl teatrların festivalının teatr problemləri, görüşlər, ustad dərslərini əhatə edəcəyini bildirdi.

Toplantıda iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa mədəniyyət sahəsində bir sıra problemlərin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, İctimai Şuranın əsas fəaliyyəti bu problemlərin aradan qaldırılmasına təkan verməlidir. Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı isə işçi qrupunun təqdim etdiyi iş planı ilə bağlı fikir və təkliflərini bildirdi.

İctimai şuranın üzvlərindən Rauf Zeyni işçi qruplarının fəaliyyətinin təkmilləşdirilməsi və müəyyən müddəalara əməl olunmasının vacibliyini vurğuladı. Bəyimxanım Verdiyeva isə çıxışında şuranın televiziyalarla əməkdaşlığının vacibliyini, gənclərin maarifləndirilməsi, məktəblərdə teatr dərnəklərinin, mədəni inkişafa təkan verəcək layihələrin reallaşmasının əhəmiyyətini qeyd etdi.

Şura tərəfindən irəli sürülən təkliflərə münasibət bildirən Mədəniyyət Nazirliyi Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov qeyd etdi ki, hər hansı nəzarətin sonunda bir nəticə olmalıdır: “İctimai Şura ilə birgə əməkdaşlıq problemlərin həll yolunun tapılmasında kömək ola bilər. Vətəndaşlar bizim birgə fəaliyyətdən yararlanmalıdırlar. Bütün işimiz vətəndaş yönlü olmalıdır. Faydalılıq artdıqca problemlər də azalacaq. Biz İctimai Şuranın həll yönlü təkliflərini dinləməyə hazırıq. İnanıram ki, qarşılıqlı əməkdaşlıq nəticəsində problemlərin öhdəsindən gələ biləcəyik”.

Daha sonra toplantı müzakirələrlə davam etdi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura ötən ilin iyulunda seçilmiş 9 üzvdən ibarətdir.

XƏBƏRLƏR

18.01.2022 17:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
18.01.2022 14:38
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib
17.01.2022 16:54
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub
17.01.2022 11:28
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi
17.01.2022 11:21
“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu
14.01.2022 17:44
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüş keçirib
14.01.2022 15:33
Layihə yönlü fəaliyyət idarəçiliyin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir
13.01.2022 18:42
“Mədəniyyət/Culture” jurnalı oxucularla görüşə gəlib
11.01.2022 14:13
“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb
10.01.2022 16:07
Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm işlər görülüb
01.01.2022 10:18
İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu
30.12.2021 13:26
Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”
29.12.2021 14:39
“Böyük Qayıdış”: Mədəniyyət
29.12.2021 11:11
Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflərinə dair nəticələri ictimaiyyətə açıqladı
28.12.2021 17:50
“Qarabağ ilmələrdə” sənədli filmi təqdim olundu
28.12.2021 16:59
“Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanları təqdim olunub
28.12.2021 15:50
Dubai Expo-2020 layihəsi çərçivəsində "Azərbaycan ritmləri və rəqsləri" adlı proqram təqdim olundu
28.12.2021 12:13
"Nizami Gəncəvi. Xəmsə" kitabının təqdimatı keçirildi
27.12.2021 12:15
Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi qeyd olundu
27.12.2021 12:09
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib
27.12.2021 11:29
Prezident təqaüdçüləri və istedadlı gənclərin dövlət başçısının yubileyinə musiqi töhfəsi
24.12.2021 16:28
“İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirildi
23.12.2021 18:54
Mədəniyyət Nazirliyi Bakı şəhərində ucaldılacaq Aşıq Ələsgərin abidəsi ilə bağlı açıq müsabiqə elan edir
23.12.2021 13:04
Görkəmli fırça ustası Mikayıl Abdullayevin 100 illiyinə həsr olunan “Həyata sevgi ilə” adlı sərgi açıldı
22.12.2021 16:11
Xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi
21.12.2021 18:37
"Azərbaycanın inkişaf modeli: "Dünən, bu gün və sabah" mövzusunda konfrans keçirilib
21.12.2021 14:25
Aşıq Ələsgər yaradıcılığı Azərbaycan dilinin, ruhunun təmsilçisidir
20.12.2021 17:35
“Avey” qoruğunda arxeoloji qazıntılar həyata keçirilib
20.12.2021 17:31
“İsgəndərə yeni namə” tamaşasının premyerası olub
20.12.2021 14:58
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
18.12.2021 19:31
Azərbaycan Memarlar İttifaqının 85 illiyi qeyd olunub
18.12.2021 18:12
“Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılışı keçirildi