Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1190

Özbəkistanda Nizami Gəncəvi haqqında daha bir tədqiqat əsəri işıq üzü gördü

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” və Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyi ilə əlaqədar xüsusi müsabiqə elan etmişdir.

Sözügedən müsabiqəyə əsasən hər iki şairin yaradıcılığında Türkçülük təfəkkürü, yaradıcılıq əlaqələri, sözügedən şairlərin Türk poeziyasının zirvəsi olaraq ədəbi irslərinin araşdırılması və bu barədə tədqiqat əsərlərinin yaradılması əsas nominasiya olaraq elan olunmuşdur.

Müsabiqəyə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın müəllifi olduğu  “Nizomiy Ganjaviy va Alisher Navoiy ijodida Turkona tafakkur va g’oyaviy badiiy asos” adlı monoqrafiya mükafata layiq görülmüş və çapa tövsiyə olunmuşdur.

Monoqrafiya Özbəkistan Respublikasının Ali və Orta ixtisas Təhsil Nazirliyi tərəfindən dərsliyə əlavə vəsait olaraq qəbul edilmiş və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunmuşdur.

Tədqiqat əsəri dünya ədəbiyyatının və türk xalqlarının ən böyük simaları, poeziya nəhəngləri olan Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqları, onların zəngin irsi, tədqiqi, hər iki mütəfəkkirin, bədii-fəlsəfi baxışları, şərq mədəniyyəti, türk milli-mədəni irsinə verdiyi töhfələr, ədəbiyyata gətirdikləri yeniliklər, “Xəmsə”çilik ənənələri öz əksini tapır.

Monoqrafiyada Özbək ədəbiyyatında Nizami Gəncəvi əsərlərinin öyrənməsi problemi, Nizami Gəncəvi “Xəmsə”sinin tərcümə məsələləri, hər iki şairin yaradıcılığının ədəbiyyatımızda intibah dövrü kimi səciyyələndirilməsi və onların əsərlərinin lirik qəhrəmanları barədə mövzular yer alır.

Nəşr Azərbaycan Respublikasının Prezidentinin  “2021-ci ilin Nizami Gəncəvi ili” elan edilməsi və Özbəkistan Prezidentinin “Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması” haqqında Sərəncamları ilə başlayır.

“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın ön sözünün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, elmi redaktor akademik Rafael Hüseynov, rəyçilər isə Özbək alimlər - filologiya elmləri doktoru, professorlar Bakijon Toxliev və Nurboy Cabbarovdur.

Monoqrafiyaya ön söz yazan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyasının bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş etdiyini və belə nəhəng, görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Həzrəti Əlişir Nəvainin adlarının fəxrlə çəkildiyini qeyd edir.

S.Abbasov dahi mütəfəkkir şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olaraq qaldığını qeyd edərək, onların irsinin ədəbiyyatşünasların öyrənməsi, tədqiq etməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacib olduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin əsas məqsədi xarici müəlliflər tərəfindən hər iki dahi mütəfəkkirin yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olaraq araşdırılması, tədqiq edilməsi, yeni mənbələrin, elmi, tədqiqat əsərlərin, dərsliklərin yaradılması və gənc nəslə çatdırılmasıdır.  Mərkəz yaradılan bu tədqiqat əsərlərinin gələcəkdə aparıcı xarici dillərə tərcümə və nəşr edilməsinin nəzərdə tutulduğunu bildirib.    

“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın Özbəkistanda və Azərbaycanda ədəbiyyatşünasların, tədqiqatçıların, elm adamlarının iştirakı ilə geniş təqdimatı nəzərdə tutulmuş və nəşr Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərə hədiyyə olaraq veriləcəkdir.

XƏBƏRLƏR

17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib