Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1094

Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Yanvarın 27-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.

Müşavirədə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət idarələrinin rəisləri, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Qazax, Şəki, Ağdam, Füzuli, Qax, Qusar və Salyandan teatr və konsert müəssisələrinin rəhbərləri iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən paytaxtla yanaşı, bölgələrimizin də inkişafı diqqətdə saxlanılır. Ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları üzrə bölgələrdə mədəniyyət təsisatlarının təkmilləşdirilməsi və inkişafı, xüsusilə region teatrlarının binalarının təmiri və yenidən qurulması, vətəndaşların mədəni istirahətinin daha yaxşı təmin olunması ilə bağlı mütəmadi işlər görülür.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da regionlarda mədəni quruculuğa böyük töhfələr verir, fondun dəstəyi və təşkilatçılığı ilə mədəniyyət sahəsinin inkişafına xidmət edən silsilə layihələr həyata keçirilir.

Qeyd edilib ki, teatr-tamaşa müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Repertuar tərtib edilərkən nazirlik tərəfindən yaradılmış “Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası”nın rəyləri nəzərə alınmalıdır. Teatrların repertuarı üçün əsərlər seçilərkən ədəbi nümunələrin müasirliyi, ideya-bədii cəhətdən mükəmməlliyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğunluğu və maarifləndirici xüsusiyyətlərə malik olması vacib şərtdir.

Bildirilib ki, teatrlarda Bədii şuraların aktiv fəaliyyəti təmin olunmalı, marketinq və teatr-sponsor strategiyasının formalaşdırılması, rəhbərlər üçün treninqlərin keçirilməsi, dramaturqlarla əlaqələrin qurulması diqqətdə saxlanılmalıdır. Gənc yaradıcı kadrların öz potensiallarını lazımi səviyyədə nümayiş etdirmələri üçün münbit şəraitin yaradılması da vacib məsələlərdəndir. Regionlarda teatr sahəsində kadr problemini aradan qaldırmaq məqsədilə bir sıra dövlət teatrlarının nəzdində yaradılmış teatr-studiyalarının fəaliyyətinə yenidən baxılmalıdır.

Vurğulanıb ki, vətəndaşların, xüsusilə də, həssas qrupların teatr və konsert müəssisələrinin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələr də həyata keçirilməlidir.

Həmçinin bildirilib ki, paytaxtda fəaliyyət göstərən dövlət teatrlarının və konsert müəssisələri kollektivlərinin bölgələrə qastrol səfərləri təşkil olunmalı, onlar da region sakinlərinin mədəni istirahətinə öz töhfələrini verməlidirlər.

Qeyd edilib ki, bütün müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar davamlı şəkildə təlimatlandırılmalıdır.

Müşavirədə çıxış edən Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev, Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Mirbala Səlimli, Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən İntiqam Hacılı, Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov, Salyan Dövlət Kukla Teatrının direktoru Laləzar Hüseynova, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Həsənov, Qax Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova, Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Allahverdi Musayev, həmin teatrın baş rejissoru Musa Eyyubov, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev müəssisələrin fəaliyyəti haqqında məlumat verib, təkliflərini səsləndiriblər.

XƏBƏRLƏR

29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib