Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3117

“20 Yanvar – Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisinin açılışı və “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimat mərasimi keçirilmişdir

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar olaraq M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında  “20 Yanvar – Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisinin açılışı və Şövqi Bünyatovun “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri  Milli   Kitabxananın direktoru, professor Kərim Tahirov açmışdır. Kitabxananın direktoru 1990 cı il yanvar ayının 19-dan   20-nə keçən gecə sovet imperiyasının  Azərbaycan xalqının  başına gətirdiyi  qanlı faciədən 28 il keçdiyini, bu anım gününün  hər il olduğu kimi  bu il də dövlətimiz tərəfindən, bütün dünyada Azərbaycan nümayəndəlikləri tərəfindən yüksək səviyyədə  keçirildiyini diqqətə çatdırmış, bu faciənin hər kəsin hüznlə, ağrı ilə anmasını, eyni zamanda qürur hissi duyduğunu bildirmişdir. Sonra  bütün şəhidlərin ruhu  bir dəqiqəlik sükutla yad edilmişdir.

Professor Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində 20 Yanvar Fondu tərəfindən hazırlanmış, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı olan, “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” adlı  kitab haqqında ətraflı məlumat vermişdir. O, kitabda yanvar hadisələrində Ümummilli Lider Heydər Əliyevin öz millətinə göstərdiyi mənəvi dəstəyin araşdırıldığını söyləmiş və kitabın ən yeni dövr Azərbaycan tarixində iki əhəmiyyətli hadisənin – 1990-cı il 20 Yanvar faciəsinin və 2016-cı il aprel döyüşlərinin təhlilinə həsr edildiyini qeyd etmişdir.

Sonra söz təqdimatı olan “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının  müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, 20 Yanvar Fondunun sədri Şövqi Bünyatova verilmişdir. Müəllif  kitab haqqında  xülasə vermiş, 20 yanvar hadisələrindən və Ümmummilli lider Heydər Əliyevin Azərbaycan xalqına verdiyi mənəvi dəstəkdən söhbət açmışdır.

Kitabın elmi redaktoru  tarix üzrə fəlsəfə doktoru , dosent Sübhan  Talıblı da öz növbəsində zaman –zaman xalqımızın başına gətirilən faciələrdən ürək ağrısı ilə söz açmış,  20 Yanvar  faciəsinin xalqımızın tarixində bir oyanış hərəkatı olduğunu  bildirmişdir. Sonda tədbir iştirakçıları  Milli Kitabxana tərəfindən təşkil olunmuş  “20 Yanvar- Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisi ilə tanış olmuşlar.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib