30.11.2019 02:10
Azərbaycan Respublikası Prezidentinin muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi, Xalq artisti Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında 4 fevral 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq noyabrın 29-da Astara Uşaq Musiqi Məktəbində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə görkəmli muğam ustası haqqında lentə alınmış qısametrajlı filmə baxıblar.
Lənkəran Regional Mədəniyyət İdarəsinin məsul işçilərinin iştirak etdiyi tədbirdə musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdiri Leyla İskəndərova Seyid Şuşinskinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Sonra məktəbin müəllim və şagirdlərinin ifasında Seyid Şuşinskinin repertuarından muğam və təsniflər ifa olunub.