Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1586

ATMU-da cari il ərzində respublika üzrə 117 , beynəlxalq səviyyəli jurnallarda isə 35 elmi tədqiqat işinin nəticələrinə dair məqalə çap edilib

Azərbaycan Turizm və Menecment Universitetində elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi istiqamətində 10 kafedra və 1 şöbə (Tədqiqat və İnkişaf) fəaliyyət göstərir. Bu qurumlarda elmi potensiallı 10 elmlər doktoru və 103 elmlər namizədi çalışır. ATMU-nun “Tədqiqat və  inkişaf”  şöbəsinin bölmə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Qahirə Məmmədova 22 dekabr 2017-ci il tarixində ali təhsil müəssisəsində cari ilin elmi tədqiqat işlərinin yekunlarına həsr olunan ümumuniversitet konfransında qeyd etdi ki, universitet əməkdaşları müxtəlif elm sahələri üzrə 10 elmi istiqamətdə 53 elmi-tədqiqat işi aparır. Elmi-tədqiqat işlərinin əksəriyyəti Azərbaycan Respublikasında tarixi-mədəni və rekreasiya potensialının, rekreasiya turizminin inkişaf etdirilməsinin strateji istiqamətlərinin, marketinq mühitinin yaradılması və yeni marketinq strategiyalarının tətbiqi xüsusiyyətlərinin və Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif aspektlərdən araşdırılması və onun turizm sferasında təmsil edilməsi problemlərinin tədqiqinə həsr olunub.

 Daha sonra diqqətə çatdırılıb ki, 2017-2020-ci illəri əhatə edən mövzu planına uyğun olaraq kafedralarda hesabat ili daxil olmaqla ATMU-da Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında tarixi-mədəni və rekreasiya potensialının tədqiqi; Turizm sahəsində dövlət siyasətinin prioritet istiqamətlərini nəzərə almaqla qonaqpərvərlik sənayesinin inkişafı; Effektiv menecment vasitəsilə təşkilatların davamlı inkişafının optimal mexanizmlərinin qurulma prosesi; Sosial sahələrdə yeni marketinq modellərinin yaradılması istiqamətləri; Turizm sektorunun investisiyalaşdırılması və maliyələşdirilməsi problemləri; Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında turizm sahəsi üçün kadr hazırlığının təkmilləşdirilməsi; Müxtəlif dil fənlərinin tədrisi prosesində informasiya kommunikasiya texnologiyalarından istifadə; Azərbaycanda mədəni turizmin inkişafında humanitar aspektlərin araşdırılması; Azərbaycan Respublikasının milli təhlükəsizliyinin etnosiyasi amilləri; Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına dair araşdırmalar uğurla davam etdirilir.

Bundan başqa dissertasiya mövzuları üzrə 46 nəfər doktorant araşdırma aparır.

Hesabat dövründə Tədqiqat və İnkişaf şöbəsində 9 tədqiqat layihəsi həyata keçirilib. Onlardan 5-də tədqiqat tam şəkildə aparılıb, 4 layihə üzrə arayış hazırlanaraq müvafiq təşkilatlara təqdim edilib.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib