25.07.2017 11:27
Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” ixtisası üzrə təhsil alan tələbələrindən 2 nəfəri 03-17 iyul 2017-ci il tarixlərində Türkiyə Respublikasının Ərzurum şəhərindəki Atatürk Universitetinin təşkilatçılığı ilə qardaş ölkədə - “ Mədəni körpülər” adlı yay məktəbində olublar. Adıçəkilən yay məktəbində dünyanın 25- dən çox ölkəsinin təmsilçi-tələbələrinə turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar keçirilib. Universitetdən verilən məlumata görə son 7 il ərzində ATMU tələbələrindən 14 nəfəri yay məktəbinin fəaliyyətindən faydalana bilib. Proqram çərçivəsində ”Mədəni körpülər” in iştirakçıları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərinə tanışlıq - səfər turları təşkil olunub.