Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4827

Avropa SPA Assosiasiyasının (ESPA) nümayəndəsi Naftalanda

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Avropa Spa Assosiasiyasının (ESPA) əməkdaşlığı çərçivəsində Naftalan neftinin müalicə əhəmiyyətini təsdiq edən sertifikatın alınması məqsədilə təşkilatın mütəxəssisi Teodor Stofira Azərbaycanda səfərdədir.

Bildiririk ki, 11 dekabr 2017-ci il tarixində Naftalan şəhərində Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova, ESPA-nın nümayəndəsi Teodor Stofira, “Çinar Naftalan” və “Qaşaltı Naftalan” otellərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı Nazirliyin əməkdaşı  Günel Aslanova çıxış edərək Yol Xəritəsində qarşıya qoyulan tapşırıqlar, ESPA nümayəndəsinin ölkəmizə səfəri, Naftalan neftinin müalicəvi əhəmiyyətinin Avropa ölkələrində tanıdılması məqsədilə təşviqat işlərinin aparılması, müalicəvi neftdən müxtəlif məhsulların hazırlanmasının vacibliyini qeyd etmişdir.

Qonaq Teodor Stofira Azərbaycanın sağlamlıq turizminin inkişafı məqsədilə ölkəmizdə olmasından məmnunluğunu ifadə etmişdir. O, ESPA təşkilatına üzv ölkələr və müalicə-sağlamlıq mərkəzləri haqqında geniş məlumat vermiş və onlar tərəfindən sertifikatın verilməsi üçün tələb olunan standartları təqdim etmişdir. Çıxışında qeyd etmişdir ki, Naftalanda olduğu müddətdə hər iki oteldə aparacağı təhlillər nəticəsində təşkilatın yekun qərarı açıqlanacaqdır.

Daha sonra  “Çinar Naftalan” və “Qaşaltı Naftalan” otellərinin nümayəndələri həm Naftalan neftinin, həm də qeyd olunan otellərin Avropada tanıdılması baxımından olduqca vacib və əhəmiyyətli layihənin həyata keçirilməsində dəstəyə görə təşəkkürlərini bildirmişlər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib