Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
556

Azərbaycan Asiya mədəniyyət və turizm sərgisində iştirak edir

Azərbaycan Pekində keçirilən "Asiya sivilizasiyalarının dialoqu" konfransı çərçivəsində Asiya mədəniyyət və turizm sərgisində təmsil olunur.

Mədəniyyət Nazirliyinin və ölkəmizin Pekindəki səfirliyinin dəstəyi ilə yaradılan stenddə Azərbaycan tarixinə, mədəniyyətinə, ölkəmizin müasir inkişafına, turizm potensialına dair eksponatlar, o cümlədən şəkillər, xalçalar, musiqi alətləri, milli geyim nümunələri, kitab və nəşrlər nümayiş etdirilir. Monitorda Azərbaycan təbiətinin gözəlliklərinə, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına dair videolar nümayiş olunur.

Azərbaycan stendini ziyarət edənlərə ölkəmizin hərtərəfli inkişafı, turizm obyektləri, mədəni irsi barədə məlumat verilir, nəşrlər paylanılır.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə keçirilən "Asiya sivilizasiyalarının dialoqu" konfransı bir həftə davam edəcək. Tədbir çərçivəsində paytaxt Pekin ilə yanaşı, Xancou, Quancou və Çendu şəhərlərində müxtəlif tədbirlər, forumlar, həmçinin Asiya sivilizasiyalar paradı, mədəniyyət və milli mətbəx festivalları, film və televiziya həftəsi keçiriləcək. "Asiya sivilizasiyalarının dialoqu" konfransı 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumu və "Pekin Ekspo 2019" Botanika Sərgisi ilə yanaşı, bu il Çində keçirilən ən böyük üç tədbirdən biridir.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb