Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1189

Azərbaycan musiqiçiləri Moskva Dövlət Konservatoriyasının kamera zallarında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rəhbərliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə 2018-ci ildə Konservatoriyanın kamera zallarında Azərbaycan musiqiçilərinin iştirakı ilə silsilə konsertlər keçirilmişdir.

Tədbirlər çərçivəsində 2018-ci ilin 16 noyabr tarixində Moskva Dövlət Konservatoriyasının Ağ zalında tanınmış pianoçu, Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın, dekabrın 17-də  Raxmaninov zalında Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədova və konsertmeyster Yuliya Kərimovanın iştirakları ilə konsertlər keçirilmişdir. Eyni zamanda dekabrın 18-də Raxmaninov zalında dahi Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin 100 və Azərbaycan Respublikasının Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil edilmişdir. Konsertlərdə Azərbaycan bəstəkarları ilə yanaşı xarici ölkələrin də bəstəkarlarının əsərləri səslənmiş və rusiyalı tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Tədbirlərin davamı olaraq 2019-cu ildə də bir sıra kamera konsertlərinin təşkili planlaşdırılmışdır. Bununla əlaqədar növbəti tədbir tanınmış pianoçu, Azərbaycan Respublikasının Əməkdar artisti, professor, Türkiyədə yaşayan həmyerlimiz Gülşən Ənnağıyevanın iştirakı ilə fevralın 16-da Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında keçiriləcəkdir. “İbarələr” (“Фразы”) adlanan fortepiano musiqisi axşamında Gülşən Ənnağıyevanın ifasında Edison Denisov, Olivye Messian, Viktor Yekimovski, Nazim Mirişli, Yuri Vorontsov, Klod Debüssi və Fərəc Qarayevin əsərləri səslənəcəkdir.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib