Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2752

Azərbaycan Respublikasının nümayəndə heyəti Qətər Milli Muzeyinin yeni binasının açılış mərasimində iştirak etmişdir

2019-cu ilin 27 mart tarixində Qətər dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Saninin himayəsi altında Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Muzeyinin yeni binasının təntənəli açılış mərasimi keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil etmişdir.

Muzeyin rəsmi açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani çıxış edərək Qətərin tarixi, onun mədəniyyəti və zəngin irsi haqqında qısa məlumat vermişdir.

Sonra tədbir iştirakçıları Qətərin tarixini və mədəniyyətini özündə yaşadan Qətər Milli Muzeyinin müasir və möhtəşəm arxitekturası, göz oxşayan interyeri, ekspozisiya və sərgi zalları, nümayiş olunan eksponatlar və onların tarixləri, habelə muzeyin gələcək fəaliyyəti ilə yaxından tanış edildi. Muzeydə Qətərin qədim tarixi məişət əşyaları, xalça və tikmə məmulatları, döyüş silah növləri, dünya incəsənəti nümunələri və müasir əl işləri nümayiş edilir. Məhşur fransız memarı Jan Nuvel tərəfindən modernləşdirilmiş muzeyin yeni binasında ən son müasir texniki avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.

Muzeylə tanışlıqdan sonra Qətər Əmirinin adından qonaqların şərəfinə ziyafət verilmişdir. 

Ziyafətin sonunda Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani ilə görüşən nazir müavini Sevda Məmmədəliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını, möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik etməsini Qətər dövlətinin rəhbərinə çatdırmışdır. Qətərin Əmiri isə öz növbəsində Qətər xalqının önəmli günündə Azərbaycan nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirmiş və ölkə rəhbərliyinə öz dərin təşəkkürünü bildirmişdir.

Daha sonra nazir müavini Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Muzeyinin direktoru Şeyx Əl Mayassa bint Həməd bin Xəlifə Əl Sani və Qətər Təhsil, Elm və İcma İnkişafı Fondunun sədr müavini və icraçı direktoru Şeyxa Hind bint Həməd bin Xəlifə Əl-Tani ilə görüşərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın salamlarını çatdırmış və muzeyin açılışı  münasibəti ilə bağlı öz xoş təəssüratlarını bölüşmüşdür.

Sevda Məmmədəliyeva Qətər Milli Muzeyinin direktoru ilə görüşü zamanı Azərbaycan muzeyləri və Qətər Milli Muzeyi arasında əməkdaşlığın qurulması haqqında söhbət açmış və Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan “Azərbaycan El Sənəti”, habelə ölkəmizin xalçaçılıq sənətinə aid “Stars of Caucasus” adlı kitabları ona hədiyyə etmişdir.   

Qətər Milli Muzeyinin direktoru Şeyxa Əl Mayassa bint Həməd bin Xəlifə Əl Sani Azərbaycan və Qətər arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılmasını, iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulması üçün zəruri tədbirlərin görüləcəyini qeyd etmiş və Azərbaycan tərəfinin Qətər Milli Muzeyinin açılış tədbirində iştirakı ilə bağlı öz minnətdarlığını bildirmişdir.

Sözügedən tədbirlərdə Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov da iştirak etmişdir.

XƏBƏRLƏR

17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib