Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2739

Azərbaycan və Özbək alimlərinin iştirakı ilə Bakıda “İmadəddin Nəsimi və Özbək ədəbiyyatı” Beynəlxalq Konfrans keçiriləcəkdir

2019-cu ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “Nəsimi ili” elan edilməsi, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2019-cu il üçün iş planına əsasən il ərzində dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Nəsimi ili” münasibəti ilə dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin qəzəlləri özbək dilinə tərcüməsi həyata keçirilmiş və  “Жононни севарман” adlı kitab Daşkənddə çap edilib.

Cari il 28 mart tarixində saat 12:00-da Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın “Kaspi” qəzeti və təhsil şirkətinin birgə layihəsi ilə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və Özbək alimlərinin iştirakı ilə “İmadəddin Nəsimi və Özbək Ədəbiyyati” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Beynəlxalq Elmi Konfransda çoxsaylı məruzələr dinləniləcəkdir. “Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolu” mövzusunda  AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, “İmadəddin Nəsiminin əsərləri özbək dilində” mövzusu üzrə Özbək alim, tərçüməçi Tahir Qahhar, “İmadəddin Nəsimi sözünün qüdrəti” mövzusu üzrə  filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, “XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr” mövzusu üzrə filologiya üzrə fəlsəfə doktoru, dosent,  Səadət Şıxıyeva,  “İmadəddin  Nəsimi və folklor” mövzusu üzrə  AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran  Əliyev, “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri İmadəddin Nəsimi yaradıcılığı kontekstində”  mövzusu üzrə Özbəkistandakı Heydər Əliyev Mərkəzinin direktoru  Samir Abbasov,  “İmadəddin  Nəsimi və özbək ədəbiyyatı” mövzusu üzrə Özbək tarixçi alim Şuxrat Salamov, “İmadəddin Nəsiminin  fəlsəfəsi” mövzusu üzrə AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli məruzələrlə çıxış edəcəklər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib