Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
712

Bakı Xoreoqrafiya Akademiyasında konsert keçirilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Akademiyanın Musiqi fənləri kafedrasının müəllimi Sevda Axundovanın tam Orta Məktəbin şagirdləri və İncəsənət fakültəsində instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə qiyabı təhsil alan tələbələrin iştirakı ilə sinif konserti keçirilib.

Konsertdə akademiyanın professor-müəllim, tələbə-şagird heyəti və qonaqlar iştirak ediblər. Böyük uğurla keçən konsert proqramında Azərbaycan bəstəkarları  Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizad”, “Oxatanların rəqsi”, “Şəhrizad və Şəhriyarın dueti”, “Bağdad bazarı”, “Mərcanənin rəqsi”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən “Gülyanağın rəfiqələri ilə rəqsi”, “Adajio”, “Gürcü rəqsi”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Prelüd”, “Hind rəqsi”, “Ayşənin rəqsi”, “Vals”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin göz yaşları”, “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” balet əsərlərindən parçalar yer almışdır.


XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb