Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2006

Bakı Xoreoqrafiya Akademiyasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olunub

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na müvafiq olaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyik yubileyinə  həsr olunmuş “Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim və tələbə-şagird heyəti iştirak ediblər. Elmi sessiyanı akademiyanın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev giriş sözü ilə açaraq Xalq yazıçısı İsmayıl Şıxlının həyat yolu, fəaliyyəti və zəngin yaradıcılığından bəhs edib. Vəfa Əliyev qeyd edib ki, şəxsiyyəti yetirən, formalaşdıran ilk növbədə onu əhatə edən mühitdir. Xalq yazıçısı da Azərbaycana böyük ziyalı maarifçilər və istedadlı sənətkarlar bəxş edən folklor dünyası ilə seçilən Qazax mühitindən çıxmışdır. Yazıçının yaradıcılığı üçün Qazax ədəbi-mədəni mühiti ilk qaynaq olmuşdur.

V. Əliyev onu da vurğulayıb ki, İsmayıl Şıxlının  anadan olmasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması dövlətimizin, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli yazıçılarımıza verdiyi yüksək dəyərin nümunəsidir.

Tədbirdə həmçinin İctimai fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Maral Manafova “ İsmayıl Şıxlının həyat və yaradıcılığı”, BXA-nın kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyeva ““Dəli Kür” romanında azərbaycançılıq ideyası”, Magistratura və doktorantura şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva  “İsmayıl Şıxlı yaradıcılığında milli xarakter konsepsiyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərova “Dəli Kür” filmində  maarifçilik ideyasının təcəssümü” adlı məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda İsmayıl Şıxlının  “Dəli Kür” romanı əsasında çəkilmiş eyni adlı filmdən fraqmentlər nümayiş olunub.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib