Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2403

“Baku Guide” bələdçi kataloqunun mart sayında

Novruz Azərbaycan xalqının ən qədim və gözəl bayramıdır. Onu məxsusi ab-havasını dərindən hiss etmək üçün bayram günlərində sizlərə, şəhərimizi gəzib-görməklə yanaşı, Azərbaycanın regionlarına da səyahət etməyi və yerli əhalinin ənənələri ilə yaxından tanış olmağı tövsiyə edirik.

Bu fikirlər Azərbaycan paytaxtına təşrif buyuran xarici qonaqlar üçün ənənəvi səyahət bələdçisi olan “Baku Guide” kataloqunun 2018-ci il mart sayında diqqətə çatdırılır. İngilis və rus dillərində hazırlanan kataloq “Baku Guide” MMC tərəfindən nəşr olunur.  Şəhərimizi istirahət, ziyarət və ticarət məqsədli bütün özəllikləri ilə təqdim edən nəşrin mart sayı da maraqlı yazılar, illüstrativ materiallar, faydalı informasiyalarla zəngindir.

Nəşrin ənənəvi “Bakını kəşf et” bölməsində paytaxtın tarixi-mədəni və turistik panoramı təqdim olunur. Həmçinin paytaxtdan regionlara günlük səfər etmək istəyənlər üçün “Azərbaycan üzrə yaz marşrutu” təklif olunur. Bu dəfə marşrut  Şamaxı, İsmayıllı, Qəbələ, Şəkidən keçir.

Mart ayının ən əlamətdar günləri olan Novruz bayramı haqqında “Baharın doğuluşu” adlı yazıda ətraflı söz açılır, bayramın özəllikləri, Novruz öncəsi dörd çərşənbənin mahiyyəti, ayinləri, səməni, bayram süfrəsi ilə bağlı maraqlı məqamlar diqqətə çatdırılır.

“Əsrarəngiz Bakı...” yazısında şəhərin daha çox yerli sakinlərin tanıdığı məşhur məkanlarından bəhs olunur. Eyni zamanda, qonaqlara Bakının göydələnlərindəki restoranlarda ləziz yeməklərdən dadaraq şəhərin ecazkar görüntülərini “ulduzların altında” seyr etmək təklif edilir.

Bu bölmədə həmçinin gənclərin aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri barədə məlumat verilir. “Bakının musiqili axşamları” yazısı milli və xarici musiqilərin müşayiəti ilə nahar və şam etmək istəyənlərə ünvanlanıb.

“Azərbaycan Müasir İncəsənət Muzeyindəki avanqard və ənənələr” yazısı, xalçalarla maraqlı instalyasiya və 3D əsərlər yaradan rəssam Faiq Əhmədin ekspozisiyası haqqında material isə sənətsevər səyahətçilərin xüsusilə diqqətini çəkəcək.

Kataloqun “Sənət və mədəniyyət” bölməsində ənənəvi olaraq ay ərzində paytaxtın mədəniyyət müəssisələrində keçiriləcək tədbirlər, teatrların, muzeylərin, qalereyaların, konsert salonlarının repertuarı yer alır. Bununla bərabər, hər mədəniyyət və sənət məkanı haqqında yığcam tanıtım mətnləri və müvafiq fotolar da verilir. Yeri gəlmişkən, kataloqun bütün bölmələrini şəhərin xüsusi memarlığı ilə seçilən məşhur tarixi binalarının siluetləri müşayiət edir. “Bakı haqqında maraqlı faktlar” səhifəsində bu dəfə şəhərimizdə lentə alınmış məşhur xarici filmlərdən söz açılır.

Kataloqda mart ayı ilə bərabər qarşıdakı aylarda Bakıda keçiriləcək böyük tədbirlərin, beynəlxalq yarış, sərgi və festivalların (AİTF 2018 turizm sərgisi (aprel), Bakı Şopinq Festivalı (aprel-may), Formula 1 (aprel), “Tour d`Azerbaidjan” yarışı (may), “Jara” festivalı (iyul) və s.) anonsu verilir.

“Yemək və içkilər” bölməsində paytaxtın yerli və dünya mətbəxi nümunələri təklif edən məşhur restoran və kafeləri, bar və pabları barədə informasiyalar verilib. Bundan əlavə, milli mətbəximizin şahı sayılan plov haqqında, onun bir-birindən ləziz növləri barədə ayrıca yazı dərc olunub.

“Şopinq” bölməsi şəhərimizin həm istirahət, həm ticarət həvəskarı olan qonaqlarına bələdçilik edir. Burada Bakının iri ticarət mərkəzləri, milli suvenirlər və brend mallar təklif edən mağazaları barədə zəruri məlumatlar almaq olar.

“Əyləncə” bölməsində şəhərdəki kino nümayişi məkanları, gecə klubları, müxtəlif sərgilər barədə xəbərdar olmaq, eləcə də “Bakı şəhər turu”nun (Baku City Tour) marşrutu ilə tanış olmaq olar.

“Görməli yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə və Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə dəvət edir.

Kataloqun ənənəvi “İnfo-bələdçi” bölməsində turistlər üçün zəruri bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan və telefonları təqdim olunur.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib