12.02.2020 12:41
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs kollektivi Türkiyədə keçirilən tədbirdə uğurla iştirak edib.
Festival Qəhrəmanmaraş şəhərində Milli Mücadilənin 100 illiyi münasibətilə keçirilib.
Festival çərçivəsində “Banu” rəqs kollektivinin bir-birindən maraqlı rəqs nümunələri qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.