Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1149

Biləsuvar və Oğuz rayonlarında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbirlər keçirilib

Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 3 saylı məktəb liseydə və Oğuz rayon Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi H.Babayev adına 1 saylı şəhər tam orta məktəbdə və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş tədbir keçiriblər.

Keçirilmiş tədbirlərdə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra iştirakçılar Milli Qəhrəman M.İbrahimova həsr edilmiş sərgi ilə tanış olublar.

Oğuz rayon H.Əliyev Mərkəzinin direktoru Mehriban Abbasovanın, Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımovanın, məktəb müəllimləri A.Quliyevin, S.Babayevanın və X.Mirzəyevanın çıxışlarında gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi və Mübariz İbrahimovun gənclərimiz üçün bir vətənpərvərlik nümunəsi olduğu xüsusi olaraq vurğulanmışdır.

*     *     *

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə R.Bədirov adına Biləsuvar rayon Dövlət Rəsm Qalereyasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə “Biləsuvarın Mübarizi və mübarizləri” adlı dekorativ tətbiqi sənət və rəsm sərgisi keçirilmişdir. Sərginin təşkilində Neftçala və Salyan rayonlarının Dövlət Rəsm Qalereyaları da iştirak etmişlər. Tədbirdə əsərləri ilə  iştirak edən sənətçilərə Regional İdarənin fəxri fərmanları təqdim olunmuşdur.

Sərgi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib