Bir sıra şəhər və rayon muzeylərinin əməkdaşları Füzuli Rayon Tarix-diyarşünaslıq Muzeyinə baş çəkiblər
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə və Tərtər rayon, Mingəçevir və Yevlax şəhər Tarix-diyarşünaslıq və digər muzeylərin əməkdaşları Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Təcrübə mübadiləsi və qabaqcıl iş təcrübəsi ilə tanışlıq məqsədi daşıyan tədbirdə Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov və muzeyin əməkdaşları qabaqcıl təcrübə metodları ilə qonaqları tanış ediblər. Qarşılıqlı dialoq şəklində təşkil olunmuş tədbirdə eyni zamanda muzey müəssisələrində dərnəklərin yaradılması, əhalinin muzeylərə cəlb edilməsi məqsədilə təbliğat işinin düzgün qurulması, digər müəssisə və təşkilatlarla müqavilələrin bağlanması, muzeydə sənədləşmə işlərinin aparılması, əşyaların fondda düzgün qablaşdırılması və saxlanılması, bərpaya ehtiyacı olan əşyaların uçotunun aparılması, elmi arxivin yaradılması məsələləri müzakirə olunmuşdur.
Tədbirin sonunda bundan sonra da qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.