Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
324

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonu olub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında respublikamızın regionlarında həyata keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonun olub. Quzanlı qəsəbəsindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun kənd və qəsəbələrindən gəlmiş sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.

Park ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib. Festivala gələnlər Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə maraqla tanış olublar. Parkda təqdim olunan konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. Hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

Bərdə Regional Mədəniyyət İdarəsinin təmsil edən Elnur Cəfərov deyib: “Azərbaycanın qədim guşələrindən olan Bərdədə hər zaman milli mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irsin təbliğinə önəm verilib. Çox zəngin tarixi-mədəni irsə malik Bərdənin həm də turizm potensialı böyükdür. Odur ki, biz sərgidə Bərdəyə aid müxtəlif suvenirlər, əl işləri, turizm çap məhsulları nümayiş etdiririk. Bu isə həm də Bərdənin turizm imkanlarının təbliği deməkdir. Tədbirin bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsində, regionlararası yaradıcılıq əlaqələrinin genişlənməsində rolunu yüksək qiymətləndirir, festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm”.

Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Gülü Abdullayeva isə deyib: “Biz sərgidə dekorativ tətbiqi sənət ustalarının əl işləri ilə təmsil olunuruq. Sərgidə suvenirlər, miniatürlər, bujiterialar təqdim edilir. Nümayiş olunan bütün əl işləri, həmçinin milli musiqimiz olan muğama aid əsər və milli geyimlərimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanır”.

Lənkəran Regional Mədəniyyət İdarəsini təmsil edən Nurlana İbrahimova da festivalın böyük maraq doğurduğunu bildirib: “İki gündür Qarabağ torpağındayıq. Dünən Füzulidə, bu gün isə Ağdam rayonunda keçirilən yaradıcılıq festivalında iştirak edirik. Sakinlər sərgilərə, nümayiş edilən sənətkarlıq nümunələrinə, rəsmlərə, digər əl işlərinə çox maraqla baxırlar. Arzu edirəm ki, Xalq Cümhuriyyətinin 101 illiyini hazırda işğal altında olan torpaqlarımızda qeyd edək”.

Ağdam rayon sakini Xətai Abdullayev festivaldan razılığını belə ifadə edib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən festival hər birimizin ürəyincədir. Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə çox maraqla baxdım, bir daha xalqımızın mədəni irsinin zənginliyinin şahidi oldum. Təqdim olunan musiqi nömrələri isə zövqümüzü oxşadı. Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi hər bir rayon sakini tərəfindən böyük razılıqla qarşılanır”.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.

Masallı şəhərində start götürmüş, Lənkəran, Salyan, Sabirabad, Füzuli və Ağdamda davam etmiş “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı nazirliyin digər regional idarələrində də davam edəcək.

XƏBƏRLƏR

17.07.2018 17:49
Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018 16:56
Milli Konservatoriyada Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018 14:17
Ağstafa regional mərkəzdə səyyar seminar-treninqə bu gün start verildi
17.07.2018 09:41
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.07.2018 09:32
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılış mərasimi olub
16.07.2018 15:59
Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16.07.2018 15:48
Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub
16.07.2018 15:01
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub
16.07.2018 14:49
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
16.07.2018 09:10
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir
13.07.2018 17:55
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcəkdir
13.07.2018 17:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
13.07.2018 15:06
Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası
13.07.2018 14:49
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi
12.07.2018 18:55
Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
12.07.2018 17:56
Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub
12.07.2018 16:40
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
12.07.2018 15:45
Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
12.07.2018 12:04
İyulun 12-də TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur
11.07.2018 18:53
Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 18:51
Kukla teatrı mövsümü başa vurur
11.07.2018 18:45
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.07.2018 17:57
Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11.07.2018 12:30
Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 12:20
Salyanda yeni “DAMA” art-studiyası yaradıldı
11.07.2018 12:16
Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək
10.07.2018 16:34
Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirildi
10.07.2018 14:36
Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verildi
10.07.2018 14:23
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivalda iştirak edib
09.07.2018 18:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.07.2018 18:08
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib
09.07.2018 18:03
Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin direktoru Azərbaycan Milli Kitabxanasında olmuşdur
09.07.2018 12:50
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakıda 33-cü Ümumdünya Konfransı keçiriləcəkdir
09.07.2018 09:02
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
06.07.2018 16:54
Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı