Əbülfəs Qarayev Nyu-York səfəri çərçivəsində İspaniyanın keçmiş xarici işlər naziri ilə görüşüb
Əbülfəs Qarayev Nyu-York səfəri çərçivəsində İspaniyanın keçmiş xarici işlər naziri, 2019-cu ilin yanvar ayından etibarən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi kimi fəaliyyət göstərəcək Migel Angel Moratinos ilə görüşüb.
Görüşdə Əbülfəs Qarayev cənab Moratinosa fəaliyyətində uğurlar arzu edərək “Bakı prosesi” çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı birgə tədbirlərin təşkilinə hazır olduğunu bildirdi.
M.Moratinos 2016-cı ildə Bakıda təşkil olunan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna toxunaraq Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətindən məlumatlı olduğunu və yeni vəzifəsinə başladıqdan sonra ən qısa vaxtda Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd etdi.
Daha sonra 2019-cu ildə birgə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıldı.