Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2786

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Novruz Bəkirovun “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının təqdimatı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  20 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirovun “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı”  kitabının təqdimatı keçirildi.

Təqdimat mərasimini kitabxananın direktoru Oruc Quliyev  açdı.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının əsas mövzu və ideyası haqqında geniş məlumat verdi.

 Novruz Bəkirovun həyatını, hərbi və ədəbi fəaliyyətini əks  etdirən video-rolik nümayiş etdirildi.

AMEA-nın Tarix İnstitutunun direktoru, Akademiyanın Rəyasət Heyətinin həqiqi üzvü, akademik, millət vəkili Yaqub Mahmudov çıxış edərək bildirdi ki, tarixi şəxsiyyətlər xalqın adını yaşadırlar. Biz o şəxsiyyətlərə sahib durmalıyıq. Tariximizə Krım tayfasının böyük oğlu kimi daxil olan, gürcü ədəbi əlaqələrinin inkişafında böyük xidmətlər göstərən aşıq Molla Cümə də belə şəxsiyyətlərdəndir.  Adı Əhməd Cavadın yanında duran aşıq  Molla Cümə  Azərbaycan xalqının əsl ləyaqətli şəxsiyyəti, çox dərin filosofu və şəhid istiqlal şairidir.

 AMEA-nın Rəyasət Heyəti Humanitar şöbəsinin rəisi, icraçı direktor, professor  Asif Rüstəmli qeyd etdi ki, “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur.  Çünki, bu kitab istiqlal, müstəqillik, şəhidlik  ruhunda yazılmışdır. Aşıq  Molla Cümənin  1928-ci ildə ərəb dilində köçürülmüş 256 səhifəlik əlyazması kitab şəklində Əlyazmalar İnstitutunda saxlanılır. Bu qiymətli əlyazma molla cüməşünaslıq üçün çox böyük töhfə, əvəzsiz sənət əsəridir.

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi, birinci dərəcəli ədliyyə müşaviri Abdulla Yusifli aşıq Molla Cümənin anadan olmasının 160 illiyi münasibəti ilə “İsmi Pünhan” kitabının çap olunmasından danışandan sonra bildirdi ki, çoxşaxəli  yaradıcılığı ilə ədəbiyyatımızda xüsusi yer tutan  aşıq-şairin irsinə dövlət qayğısı həmişə olub və bu gün də var. Abdulla Yusifli həmçinin, klassik şerimizin görkəmli nümayəndəsi olan aşıq Molla Cümənin şerlərinə mahnılar bəstələnməsini, yaddaşlarda daim yaşadığını da vurğuladı.

Cəfər Cabbarlının  ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı şair Yəhya Paşazadəni Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının təşkilatçılığı ilə “Facebook” sosial şəbəkəsində açıq səsvermə yolu ilə keçirilən II Beynəlxalq Misra yarışının qalibi olduğuna görə “Qızıl  Misra” fəxri diplomu ilə  təltif etdi.  

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin dosenti Ramid Hüseynov, həmin məktəbin müəllimi Mədət Quliyev çıxışlarında qeyd etdilər ki, Novruz Bəkirov bu kitabı ilə millətinin tarixinə, keçmişinə böyük diqqət yetirdiyini,  Azərbaycan-gürcü mədəni və ədəbi əlaqələrinin uzunömürlüyünü bir daha sübut etmiş,  aşıq Molla Cümə yaradıcılığını xalqa dərindən sevdirmişdir.

Aşıq Əşrəf Qəriboğlu, aşıq Murad saz musiqisi ilə çıxış etdilər.

Aşıq Molla Cümənin nəticəsi, filoloq Elman Əzizov təəssüflə bildirdi ki, Molla Cümənin özünün yaratdığı yeni şer növləri  tam şəkildə araşdırılmayıb. Molla Cümə qəlblərə sığmayan əvəzsiz şairdir.

Novruz Bəkirov “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı”  kitabının ərsəyə gəlməsində Asif Rüstəmli, Abdulla Yusifli, Mədət Quliyevin də  xüsusi əməkləri  olduğunu, kitabda dəqiq faktlara əsaslandığını söylədi.  Tədbir iştirakçılarına və  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına  “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı”  kitabından hədiyyə verdi.

Tədbirdə həmçinin, əməkdar mədəniyyət işçisi Zəminə Xınalı,  filolofiya elmləri doktoru Qiymət Məhərrəmli, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin müəllimləri Nurlana Məmmədova, Elman Səfərəliyev, Arif Əliyev, Arif Ağarzayev, aşıq Əşrəf, aşıq İskəndər, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, polis mayoru Aida Şirinova və başqaları da  iştirak edirdilər.

Təqdimat mərasiminin sonunda “Aşıq Molla Cümə” adlı kitab sərgisinə baxış keçirildi.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib