Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
221

Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anma mərasimi keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) rəhbərləri, diaspor üzvlərimiz, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar hadisələri barədə danışaraq bildirib ki, bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edən xalqımızın inamını, məğrurluğunu qırmaq məqsədi daşıyırdı. Lakin onlar buna nail ola bilmədilər, xalqımız daha da mətinləşdi, şəhidlərin xatirəsi isə daim xalqımızın qəlbində yaşayacaq.

Səfir qeyd edib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedərək hadisələrə kəskin etirazını bildirib. Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün mühüm tədbirlər görüb.

H.Quliyev vurğulayıb ki, Ümummilli Liderin siyasi kursunun davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin daha da güclənməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf edir, iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu da o deməkdir ki, Azərbaycan gec-tez işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq.

ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, qanlı Yanvar hadisələri nəhəng sovet imperiyasının son nəfəsi olub və məhz Bakıya qoşun yeridilməsindən sonra SSRİ-nin süqutu prosesi başlayıb.

Sonra Özbəkistanın Əməkdar artisti, professor Fizruzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestrinin ifasında rekviyem-konsert olub.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki