Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1851

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində ilin yekunları ilə əlaqədar tədbir və Özbəkistanın tanınmış simalarına Azərbaycan Milli Elmlər Akademiyasının mükafatları təqdim olunma mərasimi keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən işlər, layihələr barədə məlumat vermiş, Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti həftəsi” keçirildiyini, Özbəkistanın Elmlər Akademiyasının Tarix Muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” adlı pavilyonun açıldığını, iki ölkə arasında dostluğun təbliği istiqamətində çoxsaylı tədbirlər, nəşrlərin reallaşdırıldığını söylədi.  O, Özbəkistanda Azərbaycan-Özbəkistan dostluğunu elmi-ədəbi əlaqələri fəal təbliğ edən Özbək ədəbiyyatının bir sıra tanınmış simalarının əməyinin Azərbaycan dövləti tərəfindən qiymətləndirildiyini və onların mükafata layiq görüldüyünü qeyd etdi.

Samir Abbasov Azərbaycan-Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında və təbliğində xüsusi xidmətləri olan bir sıra Özbək şair, yazıçı, Azərbaycan ədəbiyyatından Özbək ədəbiyyatına çoxsaylı tərcümələr edən tanınmış ədəbiyyat nümayəndələrinə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanlarını təqdim etdi.

Qeyd edək ki, onların arasında şair və tərcüməçi, Azərbaycan ədəbiyyatından Özbək dilinə çoxsaylı tərcümələrin etmiş Osman Qoçqar (ölümündən sonra), Özbəkistanın “Kitob dunyosi” qəzetinin baş redaktoru Xasiyət Rüstəm, ədəbiyyatşünas-tərcüməçilər Babaxan Şərifov, Şəhla Qasımova, Rüstəm Cabbarov, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq özbək dilinə tərcümə edən şair Olimcan Buriyev, elmi araşdırmaçı Sırdərya Utanova və başqaları xüsusi mükafata layiq görülüb.

Mükafatlandırılanlar Azərbaycan dövlətinin bu diqqətini xüsusi qiymətləndirərək, öz təşəkkürlərini bildirdilər.

Daha sonra Azərbaycan-Özbəkistan dostluğuna dair Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış xüsusi klip və videomaterial nümayiş etdirilib.

Mərasim konsert proqramı ilə davam edib. Özbək sənətçiləri bir sıra Azərbaycan və Özbək musiqilərini ifa ediblər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib