Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
812

“Euronews” V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlayıb

“Euronews” kanalında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlanıb.

Reportajda 2 gün ərzində Forumda müzakirə olunan məsələlər və dünyanı narahat edən problemlərin çözülməsi istiqamətində aparılan müzakirələrə toxunulub. Vurğulanıb ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir-birimizlə sadəcə ünsiyyətdə olmaqla sülhə necə dəstək göstərilməsini aydınlaşdırmağa çalışıb.

Videomaterialda qeyd edilir ki, Foruma 35 beynəlxalq təşkilatı və 100-dən çox ölkəni təmsil edən 500-dən çox qonaq qatılıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin də Forumda iştirakı vurğulanır.

Qeyd edilir ki, Bakı forumunda ayrı-ayrı ölkələrdə ekstremizmlə mübarizə, dini, etnik zəmində münaqişələrin aradan qaldırılması, gənclərin bu işdə fəal rolu və beynəlxalq ictimaiyyəti narahat edən digər aktual məsələlərlə bağlı məhsuldar və səmərəli müzakirələr aparılıb. Eyni zamanda, Forumda dini və etnik tolerantlıq kimi mühüm məsələlər diqqət mərkəzində olub.

https://www.euronews.com/2019/05/09/sri-lankan-movement-seeks-to-reduce-communal-violence-through-dialogue

 

XƏBƏRLƏR

18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib