Martın 16-sı saat 19:00-da Nizami Kino Mərkəzində “Eviniz abad” bədii filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan və Gürcüstan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş filmin ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Ruslan Ağazadə və Elxan Rüstəmov, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüserləri Azər Quliyev və Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Sənan Əlləz, Nino İaşvili, Zaza Qoquadze, Kamran Şahmərdan, Paata, Quliaşvili, Qorxmaz Əlicanzadə, Zanda İoseliani, Nofəl Quliyev, Eyyub Yaqubov, Sofiya Qorelaşvili, Oleq Əmirbəyov, Emin Musəvi və başqaları çəkiliblər.