Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
385

Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub

Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə Elçin Əfəndiyevin "Qatil” tamaşası ilə yekun vurub.

Tamaşa "N” saylı hərbi hissənin şəxsi heyətinə təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Əsas rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov və Aygün Cəfərova çıxış edir.

Tamaşanın ardınca mütəmadi olaraq "N” saylı hərbi hissələrdə çıxışlarına görə teatr kollektivi fəxri fərmanlarla təltif olunub.

Daha sonra 29-cu teatr mövsümünün bağlanışı ilə əlaqədar yekun iclas keçirilib. İclası giriş sözü ilə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq bütün kollektivi növbəti mövsümün bağlanışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, teatrda bu il Nazirliyin təsdiq etdiyi repertuar planına uyğun olaraq E. Əfəndiyevin "Qatil”, N.Kazımov "Ələddinin sehrli çırağı”, Ə.Orucoğlu "Nənəmin kələyi” əsərləri hazırlanaraq səhnələşdirilmişdir. Bununla yanaşı Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı”, 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” adlı poetik xalq tamaşaları, habelə Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar rayon ictimaiyyətinə təqdim olunub. Hər il olduğu kimi bu il də teatr mütəmadi olaraq "N” saylı hərbi hissələrdə olmuş müxtəlif janrlı tamaşalar, həmçinin konsert proqramı ilə çıxış edib.

Teatrın hərbi hissədəki bu xidmətləri yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub. O cümlədən, Azərbaycan Respublikasının ən gənc şəhəri olan Horadizə şəhər statusunun verilməsinin 10 illiyi ilə əlaqədar kütləvi bayram tədbirində fəal iştirakına və mütəmadi olaraq "N” saylı hərbi hissələrdə nümunəvi çıxışlarına görə teatr Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən xüsusi diploma layiq görülmüşdür.

Teatrın direktor müavini Azər Abbasov öz çıxışında qeyd edib ki, cari ildə əldə edilmiş uğurlardan Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə teatrın baş rejissoru Asif Şirinovun “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına və teatrın qocaman aktyoru Vaqif Rəhimovun yenidən Prezident təqaüdünə layiq görülmələri xüsusilə qürurvericidir.

Sonda bir qrup yaradıcı kollektivə mövsüm ərzində fərqləndiyinə görə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, teatr növbəti mövsümü 25 sentyabr 2018-ci il tarixində Əhməd Orucoğlunun "Nənəmin Kələyi" tamaşası ilə açacaq.

XƏBƏRLƏR

20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib
18.10.2018 10:56
“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir
18.10.2018 10:49
Qazax rayon MKS tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 09:29
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018 17:48
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu
17.10.2018 16:44
Rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi keçiriləcək
17.10.2018 12:06
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
17.10.2018 10:14
Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
17.10.2018 09:12
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
16.10.2018 19:24
İlk maarifçi qadınlarımızdan Sona Axundova-Qarayevaya həsr olunan kitabın təqdimatı keçirildi
16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib