Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2086

Gənc mədəniyyət işçilərinin regional görüşü təşkil olunmuşdur

17 aprel tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional görüşü keçirilmişdir.

Qeyd edək ki, tədbirdə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının müxtəlif təyinatlı mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçiləri iştirak etmişdir. Xatırladaq ki, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2016-ci ildə yaradılmışdır.

Ötən müddət ərzində sözügedən qrup tərəfindən bir sıra müxtəlif təyinatlı layihələr icra olunmuşdur. Qrupun yaradılmasında əsas səbəb sahədə təşəbbüskarlıq mühitinin dəstəklənməsi və gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılmasından ibarətdir.

Beləki, 17 aprel tarixində keçirilmiş tədbir əsasən birgə icra oluna biləcək layihələrin müzakirəsinə həsr olunmuşdur. Tədbir zamanı milli mədəniyyətin təbliğində müasir informasiya texnologiyalarından istifadə, müxtəlif müəssisələrdə çalışan əməkdaşların fəaliyyətinin koordinasiyası və əlavə gəlirlərin əldə etmə mexanizmləri müzakirə edilmişdir. Mədəniyyət sahəsi üzrə beynəlxalq təcrübədən danışan tədbir iştirakçıları müasir qloballaşma şəraitində mədəniyyətin ideoloji əhəmiyyətini xüsusi olaraq vurğulamışdılar.

Eyni zamanda bildirilmişdir ki, əlavə gəlir mənbəyini təmin etmək üçün mədəniyyət və turizm kimi sahələrin funksional inteqrasiyasının təmin edilməsi zəruridir. Bu mənada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev animatorluq fəaliyyətinin inkişaf etdirilməsinin vacib olduğunu bildirmişdir. Bu məqsədlə gənc mədəniyyət işçilərindən ibarət məlumat bazasının yaradılmasına dair qərar qəbul edilmişdir. Bundan əlavə mədəniyyət müəssisələrinin populyarlaşdırılması və gənc mədəniyyət işçilərinin fəaliyyətinin geniş işıqlandırılması üçün fərqli təyinatlı virtual layihələrin də birgə işlənib hazırlanmasına dair razılıq əldə edilmişdir.

Yaradıcı və kreativ keyfiyyətlərin mədəniyyət işçiləri arasında inkişaf etdirilməsi məqsədilə müxtəlif səpkili xüsusi kursların təşkili də təqdirəlayiq hesab edilmişdir. Qeyd edək ki, bu məqsədlə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nəzdində “Kreativ təlimlər laboratoriyası”nın yaradılması nəzərdə tutulmuşdur. Həmin laboratoriyanın əsas təyinatı mədəniyyət işçiləri arasında müasir peşə səriştələrinin formalaşdırılmasından ibarətdir.

Bu səpkidə görüşlərin daha intensiv şəkildə təşkilinin vacib olduğunu bildirən tədbir iştirakçıları arasında geniş fikir mübadiləsi aparılmışdır.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib