Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3167

Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir keçirilib

İyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından 26 il ötür. Dövlətçilik tariximizdə bu gün Milli Qurtuluş günü kimi qeyd olunur. Bu münasibətlə iyunun 12-də Gəncə şəhərində “Mədəniyyət həftəsi” çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Mərkəzləri – Azərbaycançılıq məfkurəsinin məbədi kimi” mövzusunda Heydər Əliyev Mərkəzlərinin Elmi İşçilərinin I Ümumrespublika seminarı keçirilib.

Seminarda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Sənan Talıbov və başqaları çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin böyük şəxsiyyəti, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətləri bir daha diqqətə çatdıraraq Ulu Öndərin azərbaycançılıq məfkurəsindən bəhs edilib, ədəbiyyatın və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açılıb. Heydər Əliyevin mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğur və müvəffəqiyyətlər, dövlətçiliyimiz yolunda misilsiz xidmətlər, elm, ədəbiyyat, incəsənətin inkişafı bir daha vurğulanıb. Heydər Əliyev Mərkəzlərinin elmi işçilərinin bu kontekstdə fəaliyyətinin danılmaz olduğu qeyd edilib. Mövzuların aktuallığını nəzərə alaraq müzakirələr aparılıb.

Sonda Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təltif olunub.

Qeyd edək ki, seminar zamanı Xalq artisti Rafael Bayramovun rəhbərliyi altında Gəncə Dövlət Kamera Orkestrının triosu çıxış edib.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib