08.11.2018 07:46
8 noyabr 2018-ci il tarixində Hacıqabul rayonda Dövlət Bayrağı Günü qeyd olundu.
Əllərində üç rəngli bayraq tutmuş hərbiçilər, məktəblilər, təhsil, mədəniyyət işçiləri, başda İcra Hakimiyyətinin nümayəndələri olmaqla rayonun bütün idarə və təşkilatlarının əməkdaşları, rayon əhalisi Bayraq meydanına yürüş etdilər. Rayonun ən uca yerində yerləşən Bayraq meydanı başdan-başa bayraqlarla, Heydər Əliyev Mərkəzinin dərnək üzvlərinin 9 noyabr-Dövlət Bayrağı Gününə həsr etdikləri rəsmlərlə, əl işləri ilə bəzədilmişdi.
Bayraq meydanında Mədəniyyət Mərkəzinin solistlərinin ifasında gözəl konsert proqramı keçirildi. Məktəblilər bayrağa həsr olumuş şeirlər səsləndirdilər.