Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4156

II Respublika Xalq Teatrları Festivalının final mərhələsi və bağlanış mərasimi keçirilmişdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən II Respublika Xalq Teatrları Festivalı başa çatmışdır.

Festival iki – seçim və final mərhələlərindən ibarət olmuşdur. Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının səmərəli təşkilində rolunun artırılması Festivalın əsas məqsədi olmuşdur. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanların Bakı şəhərinə dəvət edilməsi məqsədilə nazirliyin əməkdaşları və teatr xadimlərindən ibarət münsiflər heyəti regionlara ezam edilmişdir.  

12-14 iyun tarixində Festivalın final mərhələsi və bağlanış mərasimi keçirilmişdir. Final mərhələsində ümumilikdə 15 xalq teatrı çıxış etmişdir. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında çıxış edən M.Ə Sabir adına Balaxanı Xalq teatrı “Heykəl danışır”, H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı “Beş manatlıq gəlin”, Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan Xalq teatrı “İşdə məhəbbət macərası”, İ.B.Qutqaşınlı adına Qəbələ rayon Xalq teatrı “Gəl qohum olaq”, Heydər  Əliyev  adına  İsmayıllı rayon  Mədəniyyət Mərkəzinin Xalq teatrı “Narkomaniya bəlası”, Cəlilabad rayon Xalq teatrı “Özümüz bilərik”, Masallı Rayon Xalq teatrı “Ana fəryadı”, Qax rayonunun Xalq teatrı “Ər və arvad”, Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı “Dədə Qorqud”, Sumqayıt şəhər “28” May Diyarşünaslıq evinin Xalq teatrı “Dursunəli və Ballıbadı”, Xaçmaz rayon Xalq teatrı “Diqqət başlayırıq”, Yevlax rayon B.Səfəroğlu adına Xalq Teatrı “Oyun bitdi”, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində Adil İsgəndərov adına Xalq teatrı “Qisas qiyamətə qalmaz”, Zaqatala rayon Xalq teatrı “Vicdan hökmü”, Beyləqan rayonu “Gənclik” Xalq teatrı “Apar məni yurduma” tamaşaları ilə tamaşaçıların və münsiflər heyətinin rəğbətini qazanmışlar.

14 iyun tarixində Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında Festivalın bağlanış mərasimi keçirildi. Milli musiqi sədaları altında səhnəyə dəvət olunan xalq teatrlarının üzvləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandılar.

Çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev  tədbirin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını bildirərək son illər mədəniyyətimiz üçün yüksəliş illəri olmasını vurğuladı. O qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dərin dövlətçilik ənənələrini uğurla davam etdirən Prezident cənab İlham Əliyev mədəniyyətin inkişafını xüsusi diqqət mərkəzində saxlamış, mədəniyyət sahəsi üzrə onlarla sərəncam imzalamış, məhz onun tapşırığı ilə yeni mədəniyyət müəssisələri yaradılmış, əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz edilmişdir. Milli mədəniyyətimizin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın mühüm xidmətləri vardır. Məhz onun xidmətlərinin nəticəsi olaraq Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. O, festivalda iştirak edən bütün xalq teatrlarının nümayəndələrinə, habelə münsiflər heyətinə təşəkkürünü bildirərək iştirakçılara uğurlar arzuladı.

Tədbirdə “Cəngi” estrada və folklor rəqs ansamblı milli rəqs nömrələri ilə, zurna, balaban və davul ifaçıları milli musiqi nömrələri ilə, əməkdar artist İlkin Əhmədov və muğam ifaçısı Kamilə Nəbiyeva xalq mahnıları ilə çıxış etdilər.

Mərasimin gedişatı zamanı nazirliyin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyətinin  Yekun protokolu üzrə qalib və mükafatçılar elan olundu. Qalib və mükafatçılara diplom və xatirə hədiyyələri təqdim edildi.

Birinci yer

 

  • Xaçmaz rayon Xalq teatrı “Diqqət başlayırıq”

 

 

İkinci yer

 

  • Zaqatala rayon Xalq teatrı “Vicdan hökmü”

 

 

 

  • Yevlax rayon Xalq teatrı “Oyun bitdi”

 

 

Üçüncü yer

  • Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı “Dədə Qorqud”

 

 

 

  • Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində Adil İsgəndərov adına Xalq teatrı “Qisas qiyamətə qalmaz”

 

 

 

  • Sumqayıt şəhər “28” May Diyarşünaslıq evinin Xalq teatrı “Dursunəli və Ballıbadı”

 

 

ən yaxşı rejissor

  • Xaçmaz rayon Xalq teatrı – İlham Tağıyev

 

ən yaxşı aktyor

  • Xaçmaz rayon Xalq Teatrı – Vaqif Məmmədxanov pinəçi roluna görə

 

ən yaxşı aktyor

  • Zaqatala rayon Xalq teatrı – Müqəddəs Yekayev

Rəhim roluna görə

 

ən yaxşı aktrisa

  • H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı – Günay Qədiməliyeva

 

ən yaxşı aktrisa

  • Zaqatala rayon Xalq teatrı – Aysel Yusubova Güllü obrazına görə

 

ən kiçik yaşlı iştirakçı

  • Xətai rayon Mədəniyyət evinin Xalq teatrı ­– Zəhra Sultanova

 

uzun illər xidmətlərinə

görə

  • Binəqədi Mədəniyyət Mərkəzinin Xalq teatrı - Həsən Həsənov

 

ən yaxşı kompozisiya

  • Balaxanı Mədəniyyət evinin Xalq teatrı “Heykəl danışır” tamaşası

 

ən yaxşı II dərəcəli

rola görə

  • Masallı rayon Xalq teatrı – “Şəhidlər anası” tamaşasında ana rolunun ifasına görə Aybəniz Həsənova

 

ən yaxşı II dərəcəli

rola görə

  • Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı “Dədə Qorqud tamaşasında Banuçiçək roluna görə Mahmudəliyeva Fatimə

 

ən yaxşı epizodik rol

ifaçısı

  • Cəlilabad rayon Xalq teatrı – “Özümüz bilərik” tamaşasında Marış rolunun ifasına görə  Əli İbadov

 

Beynəlxalq

əhəmiyyətli sosial

problemin qoyuluşuna görə

  • Heydər Əliyev adına  İsmayıllı  rayon  Mədəniyyət  Mərkəzinin Xalq Teatrı                

 

    Final mərhələsinin bütün iştirakçıları “iştiraka görə” diplomu ilə təltif edilmişlər.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib