Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1874

İrəvan Teatrı ötən ili uğurla başa vurub

Ötən il Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla yadda qalıb.

İlin əvvəlində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” tamaşasının premyerası nümayiş olunub. Əsəri görkəmli Azərbaycan ziyalısı, tanınmış şair-dramaturq Hidayət tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.

Fevralın 19-da teatr Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşasını təqdim edib. Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirlər planı çərçivəsində teatr şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsərini martın 31-də İrəvan Teatrının səhnəsində təqdim edib. Həmçinin teatrın kollektivi Mədəniyyət Nazirliyinin dəstəyi ilə aprelin 27-dən mayın 10-dək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü ildönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir, İnegöl və Ankara şəhərlərində qastrol səfərində olub və “Soyqırımı tarixinin dastanı” əsərini oynayıb. Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə ölkəmizdə keçirilən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində teatrın kollektivi mayın 13-də Xırdalandakı Mədəniyyət Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor və musiqi tərtibatı Tural Xəlilzadə, rəssamı Vahid Mürsəliyevdir.

İrəvan Teatrı mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.

İyunun 13-də DTX-nin Heydər Əliyev adına Akademiyasında və iyunun 14-də FHN-in “N” saylı hərbi hissəsində Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində teatr şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə çıxış edib. Tamaşanın rejissoru və rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, ikinci rejissoru Xaqani Əliyev, musiqi tərtibatı Günay Muradovadır.

Teatr ötən ilin payız mövsümünün açılışını sentyabrın 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb. Tamaşa, həmçinin bölgələrdə də nümayiş olunub. Belə ki, tamaşa dekabrın 7-dən 19-dək Quba, Sabirabad, Laçın (Taxtakörpü), İmişli və Samux rayonlarında da təqdim edilib.

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də şair-dramaturq İftixarın “Qalx ayağa, Azərbaycan” adlı tamaşası Balakən rayonunda nümayiş olunub.

Dekabrın 24-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli türk şairi, yazıçı-dramaturq Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovundur.

İrəvan Teatrı dekabrın 25-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” əsəri əsasında hazırlanan yeni tamaşanın premyerasını tamaşaçılara təqdim etməklə ilə yekun vurub. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Bu il də teatrın kollektivi bir neçə səhnə əsəri ilə tamaşaçıları sevindirəcək.

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib