04.02.2019 02:48
“Kino klub” öz sevimli tamaşaçılarının dünya və milli kino inciləri ilə tanışlığını davam etdirir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan klubda növbəti görüş keçirildi. Gecənin moderatoru Almaz Sultanzadə tamaşaçılara Azərbaycan kinosuna aid qısametrajlı bədii filmləri təqdim etdi. O,
1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Salam Qədirzadənin hekayəsi əsasında rejissor Eldar Quliyevin diplom işi “Biri var idi, biri yox” və 2015-ci il “4.1 Şəhər motivləri” almanaxına daxil olan rejissor Cəfər Axundzadənin “Dmitrov küçəsi, 86” qısametrajlı bədii filmi barədə maraqlı məlumat verdi.Nostalji notlarla zəngin olan filmlər tamaşaçılar tərəfindən maraqla qarşılandı və nümayişdən sonra maraqlı müzakirələrlə sona çatdı.