Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında “Könüllülər ili” ilə əlaqədar metodiki tövsiyə hazırlanıb.
Metodiki tövsiyədə könüllü, könüllülüyün tarixi və könüllülük fəaliyyəti haqqında məlumat verilib. Könüllü hərəkatının müxtəlif təlim və istiqamətlər üzrə inkişafı vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
“Könüllülər ili” ilə əlaqədar hazırlanan metodiki tövsiyədə Yasamal rayon MKS-nin mərkəzi kitabxanası və kitabxana filiallarında il ərzində keçirilməsi zəruri olan tədbirlər öz əksini tapıb.
Bunların arasında “İİV/QİÇS-ə Stop” kampaniyası, Qarabağ cəbhəsindən gələn məktubların toplanması, “Başqasına kömək et – sənə də kömək edərlər” adlı tədbirlərin təşkili, “Dünyanı xeyirxahlıq xilas edəcək” adlı stendlərin hazırlanması, “İstedadlar axtarırıq” istedadlı uşaq və gənclərin dəstəklənməsi, “Fövqəladə hallarda könüllülər” mövzusunda mühazirənin təşkili və s. tədbirlər öz əksini tapıb.