Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3066

Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 22-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

Tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 20-dən çox vətəndaşın müraciətinə baxılıb. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı olub.

Qəbula yazılan Kürdəmir sakinləri rayonda kino nümayişi işinin yaxşılaşdırılması üçün “Nizami” kinoteatrının binasından səmərəli istifadə edilməsi, Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin qeydiyyata alınması, rayon Mədəniyyət mərkəzində kukla teatrının fəaliyyəti üçün müvafiq avadanlıqların verilməsi, eləcə də işlə təmin olunma barədə xahişlərini diqqətə çatdırıblar.

Beyləqandan qəbula gələn vətəndaşların müraciətləri rayonun Türklər kəndində fəaliyyət göstərən “Yaylalar” folklor rəqs qrupunun respublika tədbirlərində iştirakına köməklik göstərilməsi, rayondakı Heydər Əliyev Mərkəzinin ümummilli liderin Beyləqana səfərlərinə dair foto və video materiallarla təmin olunması, Uşaq musiqi məktəbinin 50 illiyinin qeyd edilməsi barədə olub.

İmişli sakinləri kino nümayişi avadanlığı ilə təchizat və bu sahədə çalışacaq insanlar üçün müvafiq kursların təşkil olunması, rayon ərazisində arxeoloji qazıntıların aparılması, rəsm qalereyasına yeni əsərlərinin verilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Füzuli rayonundan qəbula yazılanların xahişləri Zobucuq və Qayıdış qəsəbələrində klub müəssisələrinin fəaliyyətinin bərpa olunması, Füzuli xalq teatrının geyim və dekorasiyalarla, mədəniyyət evləri və klubların milli rəqslərlə bağlı əyani vasitələrlə təchizatı, büdcədənkənar vəsaitin toplanılması məqsədilə ödənişli əsaslarla yaradılan dərnəklərə sertifikatların verilməsi barədə olub.

Xocavənd sakinləri tərəfindən isə kitabxanaların müxtəlif ədəbiyyatla, o cümlədən aqrar sahə, xüsusilə pambıqçılıq və baramaçılığa aid elmi nəşrlər, Qarabağın tarixi ilə bağlı yeni kitablarla təmin olunması xahiş edilib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

* * *

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə şəhər və rayonlarda mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən irəli sürülən təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib: “Budəfəki qəbulda da vətəndaşlarımızın mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində maraqlı təklifləri oldu. Eyni zamanda da bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.

Nazir vurğulayıb ki, ölkəmizin zəngin mədəniyyəti turizm sənayesinin inkişafına da təsir göstərməlidir: “Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin yay turizm mövsümündə həm paytaxt Bakıda, həm də bölgələrdə hotellərin əksəriyyəti dolu olub. Ona görə də yeni turizm obyektlərinin açılması istiqamətində işlər aparılmalıdır. Məndə olan məlumata görə, Kürdəmir rayonunda da bir neçə hotelin tikintisi aparılır”.

Regionlarda turizmin inkişaf etdirilməsinin hər zaman dövlət başçısının diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirdiyini bildirib.

Bakıda, eləcə də regionlarda kino nümayişinin həyata keçirilməsi işindən də danışan nazir deyib ki, bu istiqamətdə görülən tədbirlər yerlərdə milli filmlərin daha geniş təbliğ olunmasına, eləcə də əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edəcək.

 

 

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib