Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
779

Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Meydan Tamaşaları Festivalından qayıdıb

Sentyabrın 1-dən 5-dək İran İslam Respublikasının Mərivan şəhərində ənənəvi Beynəlxalq Meydan Tamaşaları Festivalı keçirilib. Həmin nüfuzlu sənət yarışmasında Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov ekspert qismində iştirak edib.

İranın mədəni həyatında bu festivalın mühüm əhəmiyyət kəsb etdiyini bildirən T.Heydərov bir sıra xarici ölkə teatrlarının təqdimatında maraqlı tamaşalara baxdığını bildirib:”Hər tamaşadan sonra biz həmçinin teatrların kollektivləri ilə də görüşərək fikir mübadiləsi aparmaqla yanaşı, qarşılıqlı əməkdaşlığın perspektivlərini də müzakirə etdik”.

T.Heydərovun sözlərinə görə, festival çərçivəsində oynanılan tamaşalar xalqların və mədəniyyətlərin  bir-birinə nə qədər yaxın olduğunu ortaya qoyub:”Müxtəlif xarici ölkə teatrlarının rejissor və aktyorları ilə apardığımız  yaradıcılıq söhbətləri bir daha sübut etdi ki, sənət sərhəd tanımır”.

Lənkəran teatrının direktoru Mərivandan sonra Tehran şəhərinə gəlib və burada da  rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra layihələrin planlaşdırılması məsələlərində iştirak edib:”Tehranda İran İslam Respublikasının Teatr Sənəti Baş İdarəsinin rəisi Şəhram Kərəmi, Beynəlxalq Fəcr Teatr Festivalının  rəhbəri Nadir Burhanimərənd, Tehran Mərkəzi Teatrının rəhbəri Fazil Əsədi, Teatr sənəti üzrə regional şöbənin müdiri Atabəy Naderi, 3 il öncə teatrımızda B.Beyzayinin “İlan Sultan” əsərinə quruluş vermiş rejissor Xeyrullah Təğiyənipur və digər mötəbər şəxslərlə görüşlərimizdə kollektivimizin İran sənətçiləri ilə qarşılıqlı əlaqələri barədə müzakirələr aparıldı. Son nəticə olaraq, İrandan quruluşçu rejissor və bir neçə aktyorun iştirakı ilə Lənkəran teatrında müştərək tamaşanın hazırlanması, həmçinin qonşu ölkənin türkdilli vilayətlərində truppamızın qastrol səfərlərinin təşkil edilməsi, Lənkəran teatrının perspektivli rejissor və aktyorlarının İran teatrlarında təcübə keçmələri barədə ümumi razılaşma əldə olundu ”.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb