Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1286

Lüks turizm peşəkarlarının növbəti görüşü

Fevralın 15-də “JW Marriott Absheron” hotelində lüks turizm peşəkarlarının “B2B Luxury & MICE Workshop” çərçivəsində növbəti görüşü keçirildi. Böyük Britaniyanın “TMI Consultancy” şirkətinin Azərbaycandan olan tərəfdaşları ilə birgə təşkil etdiyi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdı.

“Biznes üçün biznes” (Business-to-business - B2B) formatlı görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri iştirak edirdi.

Tədbir çərçivəsində “Turk Hava Yolları” şirkətinin Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana reysinin əlverişli proqramı təqdim olundu.

“TMI Consultancy” şirkətinin meneceri Mariya Qorbaçova bildirdi ki, lüks və işgüzar (MICE) turizm üzrə görüş Bakıda artıq ənənəvi olaraq təşkil edilir və ildən-ilə iştirakçıların sayı artır. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq artmaqdadır. Belə tədbirlərin Azərbaycanda mütəmadi təşkil olunması lüks turizmin inkişafına da müsbət təsir göstərəcək.

“PASHA Travel” şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqsşmit və “Turkish Airlines” şirkətinin nümayəndəsi Seyfullah İlyas yeni təyyarə reyslərinin əhəmiyyətini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu, qarşılıqlı turist səfərlərinin artırılması baxımından olduqca vacib addımdır.

Daha sonra Sloveniyanın turizm bazarı ilə bağlı təqdimat keçirildi. Sloveniya Turizm Təşkilatının nümayəndəsi Anja Bezgovşek bildirdi ki, bu il onun ölkəsi ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaşı qismində çıxış edir. O, Sloveniya turizminin müxtəlif növləri, o cümlədən sağlamlıq turizmi mərkəzləri haqqında məlumat verdi. Qeyd etdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda qarşılıqlı turist səfərlərinin artmasında bu tipli görüşlər mühüm rol oynayır, həmçinin Azərbaycanın lüks turizm imkanları təqdim edilir. İki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması baxımından belə görüşlərin əhəmiyyəti vurğulandı.

Qeyd edək ki, “B2B Luxury & MICE Workshop” formatlı daha bir tədbir fevralın 13-də Qazaxıstanın Almatı şəhərində gerçəkləşib. Fevralın 17-də isə Gürcüstanın paytaxtı Tbilisidə “B2B Luxury & MICE Workshop” keçiriləcək. Ümumilikdə il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur.

Tədbir daha sonra aparıcı turizm agentliklərinin nümayəndələri və ekspertlərlə sual-cavab formatında davam etdi. Yerli turizm şirkətləri ilə xarici ölkə nümayəndələri arasında işgüzar görüşlər keçirildi.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib