Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
279

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qaçqın və məcburi köçkünlərin iştirakı ilə ictimai müzakirələr keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi “Mədəni irsimizin məhv edilmiş inciləri” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib. İctimai müzakirələr və sərgi ilə davam edən tədbir, qaçqın və məcburi köçkün ailələrinin daha çox məskunlaşdığı Bakı və ətraf qəsəbələrdə keçirildi. Zəngilan rayon Mərkəzləşmiş Kitabxanasında keçirilən bu tədbirdə iştirak edən, QHT sədri Rahilə Mehtiyeva layihənin məqsədi haqqında geniş məlumat verdi. O, bildirdi ki, Qarabag torpaqları Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Erməni təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu Ermənistanın işğalına məruz qalıb. İşğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Dağıdılan, məhv edilən və hələdə işğal altında qalan tarixi abidələr Azərbaycan milli-mənəvi irsinin inciləridir. Buna görə də həmin abidələri gənc nəsilə tanıtmalı, beynəlxalq ictimaiyyətə sərgiləməliyik.

Tədbirdə iştirak edən RMKS-nin direktoru Məhruzə Cəfərova çıxış edərək bildirdi ki, belə tədbirlərin davamlı keçirilməsi nəticəsində yerli və beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda erməni vandalları tərəfindən məhv edilən tarixi abidələr haqqında, erməni vəhşiliklərinin Azərbaycana və Azərbaycanın mədəni irsinə vurduğu ziyan haqqında daha da məlumatlı olacaqlar. Gənc nəslin yaşlı nəsillə dialoqu nəticəsində qan yaddaşımız yenilənəcək. Bizim torpaqlarımız zəngindir, qədim tarixə malikdir, görkəmli şəxsiyyətlər yetişdirmişdir, hər qarışı bir incidir. Həmin illərdə dağıdılan abidələri canlı olaraq görmüş, ürəkləri torpaq həsrəti ilə döyünən qaçqın və məcburi köçkünlərin bəzi iştirakçıları bir daha ermənilərin Azərbaycan vətəndaşlarına, mədəni irsinə və tarixinə vurduğu zərbə haqqında
ağrılı söhbət açdılar. Tədbirin ikinci və üçüncü günləri Zəngilan rayon Tarixi Muzeyində sərgi ilə davam etdi. Sərgi zamanı nümayiş olunan qədim, tarixi eksponatlar haqqında, muzeyin direktoru Nərmin Fərəcli iştirakçılara geniş məlumat verdi. Tarixi eksponatlarla tanış olan gənclərimiz maraqlı cıxışlar edərək, eyni zamanda fərdi yaradcılıqlarından bəzi nümunələri muzeyə təqdim etdilər. Onlar QHT-lərlə gələcəkdə daha sıx əməkdaşlıq arzusunda olduqlarını bildirdilər. Keçirilən ictimai müzakirə və sərgidə gənclər, dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri müxtəlif təkliflərlə çıxış etdilər. Belə maarifləndirici layihələrin yeni nəslin işğal altında olan torpaqlarımızın tarixi haqqında daha geniş məlumatlanması üçün böyük əhəmiyyətli olmasını qeyd etdilər və layihənin həyata keçirilməsinə dəstək olduğu üçün Mədəniyyət Nazirliyinə öz minnətdarlıqlarını bildirdilər.
 

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb