Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3387

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

2017-ci ilin 14 iyun tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkələr arasında turizm sektorunda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuş, gələcəkdə bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün birgə işlər görülməsi barədə fikir mübadiləsi aparılmışdır.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Azərbaycanda bu sahədə aparılan yeniliklərdən məlumatlılığını bildirərək, Azərbaycanın turizm istiqamətində geniş perspektivlərə malik olduğunu bildirmişdir. Nazir Gürcüstanda həyata keçirilən layihələr haqqında məlumat vermiş, dağ-xizək, sağlamlıq, termal turizm növlərinin inkişafından bəhs etmişdir.

Nazir Əbülfəs Qarayev Gürcüstanın regionda turizm klasteri kimi mühüm rol oynadığını qeyd etmiş və bu sahədəki təcrübənin ölkəmiz üçün müsbət nümunə olduğunu bildirmişdir. Birgə əməkdaşlığın genişlənmdirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsindən məmnunluğunu ifadə edən nazir, ölkəmizdə inkişaf edən dağ-xizək, sağlamlıq turizm növləri haqqında məlumat vermişdir. Nazir Şahdağ Turizm Mərkəzinin imkanlarından söz açmış və təklif etmişdir ki, bu istiqamətdə iki ölkəni əhatə edən turlar təşkil olunsun. Sağlamlıq turizminin ölkədə geniş inkişaf perspektivlərinin olduğunu qeyd edən nazir Əbülfəs Qarayev Naftalan, Qalaaltı kimi sanatoriyaların müalicəvi əhəmiyyətindən bəhs etmişdir. O bildirmişdir ki, hal-hazırda bu sahənin təkcə ölkə daxilində deyil, eləcə də dünya miqyasında tanıdılması istiqamətində işlər aparılır. Buna misal olaraq, Qalaaltı sanatoriyasının Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olduğunu və 2018-ci ildə Assosiasiyanın Baş Assambleyasının Qalaaltıda keçiriləcəyinə nail olunduğu haqqında məlumat vermişdir. Azərbaycanda ilk dəfə olaraq keçirilən Şopinq Festivalı haqqında ətraflı məlumat verən nazir, növbəti festivallarda qonşu Gürcüstanın turistlərini iştiraka dəvət etmişdir.

Görüşdə ölkələr arasında turizm sahəsində birgə turizm məhsullarının hazırlanması, turizm şirkətlərin birgə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər aparılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunmuşdur.

Gürcüstanın naziri qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş və gələcək əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inamını ifadə etmişdir.

 

 

XƏBƏRLƏR

01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı