Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2690

Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi.

Kollegiya iclasında geniş hesabat məruzəsi ilə çıxış edən nazir 2017-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açdı.

2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev vurğuladı ki, bu il Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini bir daha sübut etdi. Nazir mədəniyyətin inkişafı, mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd etdi, həmçinin Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırdı.

Bildirdi ki, bu il mədəniyyət sahəsində yaddaqalan hadisələrdən biri milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsinin, habelə musiqi irsimizin nümunəsi olan kamança alətinin hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsidir.

2017-ci ilin mayında Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə gerçəkləşdiyini xatırladan nazir bildirdi ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu il həmçinin BMT-nin hesabatında və qurumun baş katibinin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilib: “Bu, onu göstərir ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunması və inkişafı Prezident İlham Əliyev tərəfindən siyasi xətt kimi həyata keçirilir. Artıq ölkəmiz bu prosesin mərkəzi kimi qəbul edilir və bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Fəxr edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasətin həyata keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir”.

Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötdüyünü söyləyən Əbülfəs Qarayev ötən müddət ərzində şuranın gördüyü işlərdən də danışdı: “2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirildi. Şuranın keçirdiyi iclaslarda 100-dən çox müxtəlif qərarlar qəbul olunub. Bu qərarlar Azərbaycan turizm infrastrukturunun inkişafına, eyni zamanda, Strateji Yol Xəritəsinin icrasına müsbət təsir göstərdi”.

Bununla yanaşı, 2017-ci ildə ilk dəfə keçirilən Bakı Şopinq Festivalı turizm sahəsində önəmli yenilik oldu. Yaz və payız mövsümündə təşkil olunan bu festivallar növbəti ildə davam edəcək.

Əbülfəs Qarayev bildirdi ki, 2017-ci ili maraqlı edən səbəblərdən biri də nazirlikdə struktur dəyişikliklərin aparılmasıdır: “Regional idarələrin formalaşması da bizim üçün önəmli hadisələrdən biridir. Hesab edirəm ki, bu, vaxtında verilmiş bir qərar idi. Hazırda bizim qarşımızda əsas vəzifə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulmasıdır”.

Bildirildi ki, 2017-ci il ölkəmizin mədəni həyatında bir sıra yeniliklərlə yadda qalıb. Dövlət başçısı görkəmli mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilib. O cümlədən böyük şair Molla Pənah Vaqifin 300 illiyi UNESCO və TÜRKSOY səviyyəsində geniş qeyd olunub.

Nazirliyin sisteminə aid olan təhsil müəssisələrinin fəaliyyətindən danışan Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətini yüksək qiymətləndirdi. Həmçinin 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının keçiriləcəyi diqqətə çatdırıldı.

Hesabat məruzəsində teatr, muzey, nəşriyyat, kitabxana işi, qoruqların fəaliyyəti və s. sahələrin inkişafını səciyyələndirən amillərdən bəhs edən nazir qeyd etdi ki, 2018-ci ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətlərin səviyyəsinin günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarət olacaq.

Nazir “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq üçcildli “Azərbaycan Teatr Ensiklopediyası”nın nəşrinin başa çatdırılmasını bu sahədə əlamətdar hadisə kimik qeyd etdi.

Əbülfəs Qarayev kino sahəsində əldə olunan uğurlardan danışaraq bildirdi ki, 2017-ci il ərzində 15 filmimiz 20 ölkədə keçirilmiş 39 beynəlxalq festivalda 53 dəfə iştirak edərək 19 mükafat qazanıb. Ölkəmizdə keçirilən Beynəlxalq Turizm Filmləri Festivalının da dünyanın bu sahədə keçirilən nüfuzlu festivallarından biri olduğu vurğulandı.

Qeyd edildi ki, ölkəmizdə mədəniyyət və turizmlə bağlı tədbirlər il ərzində respublikanın müxtəlif media orqanlarında, internetdə geniş işıqlandırılıb.

Kollegiya iclasında 2017-ci ilin yekunlarına dair hesabat qəbul edildi. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımillik iş planı təsdiq edildi. Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.

 

XƏBƏRLƏR

16.07.2018 15:59
Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16.07.2018 15:48
Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub
16.07.2018 15:01
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub
16.07.2018 14:49
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
16.07.2018 09:10
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir
13.07.2018 17:55
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcəkdir
13.07.2018 17:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
13.07.2018 15:06
Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası
13.07.2018 14:49
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi
12.07.2018 18:55
Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
12.07.2018 17:56
Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub
12.07.2018 16:40
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
12.07.2018 15:45
Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
12.07.2018 12:04
İyulun 12-də TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur
11.07.2018 18:53
Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 18:51
Kukla teatrı mövsümü başa vurur
11.07.2018 18:45
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.07.2018 17:57
Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11.07.2018 12:30
Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 12:20
Salyanda yeni “DAMA” art-studiyası yaradıldı
11.07.2018 12:16
Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək
10.07.2018 16:34
Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirildi
10.07.2018 14:36
Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verildi
10.07.2018 14:23
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivalda iştirak edib
09.07.2018 18:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.07.2018 18:08
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib
09.07.2018 18:03
Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin direktoru Azərbaycan Milli Kitabxanasında olmuşdur
09.07.2018 12:50
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakıda 33-cü Ümumdünya Konfransı keçiriləcəkdir
09.07.2018 12:26
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonu olub
09.07.2018 09:02
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
06.07.2018 16:54
Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.07.2018 16:44
Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
06.07.2018 15:42
“Mədəniyyət naminə elm” layihə çərçivəsində növbəti tədbir